az
Baqi Nur

Daireden Kenar

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Şeirlərə başlamamışdan qabaq bunu mütləq oxumalısan. Ona görə oxumalısan ki, şeirləri də tam başa düşəsən. Düzünü desəm, mən onlara tam şeir kimi də baxmıram. Onlar daha çox müəyyən bir fikir, əqidə, etiraz, etiraf, həqiqət daşıyan qafiyəli, qafiyəsiz misralardı. Bey-nimin məhsuludu, daha dəqiq desək, beynimin içindəki beyinlərin məhsuludu. Neyron şəbəkələrindən yaranan cümlələrdi. Və “Niyə məhz bu cür cümlələr yarandı?” sualına tam cavabı hələ də özüm axtarıram. Bəlkə də, sən bunu oxuyanda mən artıq o sualın cavabını dalğalardan tapmış və yeni çıxacaq şeirlərdə gizlətmiş olacam. Dalğalar? Nəyə görə dalğalar və nəyə görə birinci dalğa? Çox qəribədi, amma bu kitabda yer almış şeirlər, ağlıma gündəlik olaraq günə biri gəlmədi. Bu kitabın ilk şeir dalğası, yəni ilk şeirlər toplusu hardasa 2015-ci ilin yanvar ayında gəldi və həmin ilin mart ayında dalğa tamamilə yoxa çıxdı. Dalğa çox böyük dalğa idi, əslində və mən dalğanı ilk görəndə, duyanda, eşidəndə onu ilk dəfə görürdüm deyə, tam anlaya bilmədim sanki. Dalğa beynimin qayalarına elə bir güclə çırpırdı ki, özünü, nə deyəcəyini başa düşmək çətin idi mənə. Məhz həmin 2–3 ay çəkən dalğa ilk şeirlər toplusunu yaratdı və sonra birdən yoxa çıxdı. O hər tərəfdən, hər sahədən, hər bir yerdən gəlirdi. Mənsə sadəcə onu sakitcə dinləyirdim…
This book is currently unavailable
35 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎
fb2epub
Drag & drop your files (not more than 5 at once)