Nermin_sli
Nermin_slisitat gətirir4 il öncə
“Hər hansı bir ətri, ən nadir tapılan ətirləri belə almaq olar, – deyərdi Təhminə. – Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin ətirləri bir-birilə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm”.
Rüzgar Mövsüm
Rüzgar Mövsümsitat gətirir4 il öncə
Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin səliqəsizliyi vardı – küncdə sement qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı...
Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
— Qəsdən, qəsdən səni bura gətirdim, — deyirdi, — axırıncı dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim...
Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə onsuz – Zaursuz yaşaya bilmir. — Buna lap qəti əmin olmuşdu Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə, deyəcəyəm ki, “balam, özün qərar vermədin, axır görüşümüzdür?”. Özü məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
Maşına minəndə Təhminə:
— Amma səni o bağa aparmağımın bir səbəbi də var idi: — Bu səbəbi heç vaxt bilməyəcəksən.
— Nə səbəbdir ki?
— Demərəm.
Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə onda, nə sonra.
... Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi.
Bəlkə də heç yox imiş belə bir səbəb. Təhminə eləbelə, onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?..
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə Zaurun boynundan öpdü:
— Əlvida, — dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı.
“Əlvida. Sağ ol. Hələlik”. Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin altında — yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən sahil qumu, dənizin duzu, isti günün təriylə birlikdə Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər
Sayalı Bahar
Sayalı Baharsitat gətirir4 il öncə
“Hələlik” deyib ömürlük ayrılmaq olar
Rüzgar Mövsüm
Rüzgar Mövsümsitat gətirir4 il öncə
— Zaurik, — dedi, bunu bil: mənim barəmdə çox şey danışırlar və bundan sonra, məhz bax elə sənə daha çox iftiralar uydurub deyəcəklər... Əgər ürəklərinə damsa ki, biz səninlə doğrudan-doğruya xoşbəxtik, bunu heç bir vaxt bağışlamayacaqlar bizə... Yüz çirkab tökəcəklər başımızdan və çalışacaqlar ki, bunların hamısı sənin qulağına çatsın. Amma mən istəyirəm ki, sən bir neçə şeyi dəqiq biləsən, Zaur. Birincisi odur ki, məlaikə-zad d-eyiləm, bu barədə heç bir illüziyan olmasın. Amma bu da həqiqətdir ki, mən hələ heç kəsi səni sevən kimi sevməmişəm və indiyəcən hələ heç kəsə də deməmişəm ki, onu sevirəm... Bax ən böyük, ən əsas həqiqət budur... Zaurik, dünyada bir həqiqət, bircə həqiqət var — qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah... Bax bu axşam var dünyada, bu meşə var, quşlar oxuyurdu bu meşədə, sən varsan, mən varam, bir-birimizi sevirik, bir yerdə olanda bəxtiyar oluruq, — budur bax həqiqət və bundan başqa heç bir ayrı həqiqət yoxdur. Sən uçub Moskvaya gəlmisən, orada aerodromun qalereyasında uzaqdan səni görüb bilirsən necə sevindim! Bəs sən? Bəs sən?..
— Mən də...
— Görürsən... Bax bu dəqiqələr var e, bu şoseylə Moskvaya gedirik ikimiz — sən və mən, — Bəxtiyarlıq budur, Zaurik, həqiqət, ən böyük həqiqət də budur... Ayrı bir həqiqət arama bizim münasibətlərimizdə... Bir yerdə olduğumuz dəqiqələrin xoşbəxtliyi ilə yaşa... Budur əsl həqiqət...
Sayalı Bahar
Sayalı Baharsitat gətirir4 il öncə
Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar
Rüzgar Mövsüm
Rüzgar Mövsümsitat gətirir4 il öncə
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
b5300136894
b5300136894sitat gətirir2 il öncə
sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...
Alirza B-zade
Alirza B-zadesitat gətirir3 il öncə
Bir pyanıska həmişə iki qədəhdən içirmiş — biri özününkü, biri də guya dostununku... Arvadı danlayır, başlayır bir qədəhdən içməyə, — mən içkini atdım deyir, dostumdur içir...
şəms.
şəms.sitat gətirir9 ay öncə
“Təhminə, axı mən səni, doğrudan da, sevirdim və doğrudan da, xoşbəxt idim səninlə” – demək istəyirdi Zaur, amma heç nə demirdi. “Hamısı yalan idi, yəni? Yəni heç məni sevmirdin, sevirdinsə niyə belə yaraladın?” – demək istəyirdi Zaur, amma heç nə demirdi... “Axı mən bir də heç bir vaxt, heç bir vaxt xoşbəxt olmayacağam, bilirsən ki bunu, axı mən artıq yaşamıram, ölüyəm, canlı meyitəm” – demək istəyirdi Zaur, amma heç nə demirdi.
b5300136894
b5300136894sitat gətirir2 il öncə
Zaur fikirləşirdi ki, yəqin doğrudan da belədir: deyirlər, kişini bir qadının dərdindən yalnız başqa bir qadın qurtara bilər. Təhminənin dərdindən qurtara bilən qadınmı vardı bu dünyada?
Nigyar Gumbatova
Nigyar Gumbatovasitat gətirir3 il öncə
Halbuki ən böyük fantastika elə real gerçəklikdir
Alirza B-zade
Alirza B-zadesitat gətirir3 il öncə
Nə sevgi, nə filan, əşi?! İstək var, ehtiras var, arzu-kamına çatmaq intizarı var, bir də istədiyinə nail olandan sonra doyğunluq, bezginlik, biganəlik var, vəssalam. Qalan hamısı sözdür, havayı söhbətlərdir...”
Nanulya Samedzade
Nanulya Samedzadesitat gətirir4 il öncə
Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
şəms.
şəms.sitat gətirir9 ay öncə
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
x.13
x.13sitat gətirirkeçən il
Firəngiz heç zaman xoruldamır”. Bu, nikahlarının ilk ayında Zaurun elədiyi ən böyük və xoş kəşflərdən idi
b5300136894
b5300136894sitat gətirir2 il öncə
Axı necə olurdu, necə olurdu ki, haçansa, çox-çox qabaqlar yaşamış insanlar, onların – Zaurla Təhminənin – bu gün duyduqlarını eynilə onlar duyduqları kimi duymuş, belə gözəl və sadə sözlərlə, yanıqlı və əbədi melodiyalarla ifadə edə bilmişlər?.. Hisslərin yaşı, tarixi yoxdur, insanlar həmişə, hər yerdə eyni cür duyublar, eyni duyğular keçiriblər – məhəbbət, qısqanclıq, ağrı, sevinc, güman, nisgil, ümid, həsrət duyğuları – və eyni cür nəticələrə də gəliblər: ağrıyla-acıyla
b5300136894
b5300136894sitat gətirir2 il öncə
səndən mənə yar olmaz” qərarını veriblər və bu qərarın özündə şıltaq bir yalan, tərs bir işvə var, necə yəni səndən mənə yar olmaz, səndən başqa da mənim, ya məndən başqa da sənin yarın ola bilərmi, mümkündürmü bu, əlbəttə, yox, əlbəttə, biz bir-birimiz üçün yaranmışıq, kim bizi ayıra bilər, əlbəttə, biz bir-birimizinik, əlbəttə, “səndən mənə yar olmaz...”
b5300136894
b5300136894sitat gətirir2 il öncə
Təhminə:
— Əh, siz kişilər heç nə başa düşmürsüz bu dünyada, — dedi. — Başa düşmürsüz ki, gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi...
b5300136894
b5300136894sitat gətirir2 il öncə
Bir yerdə olduğumuz dəqiqələrin xoşbəxtliyi ilə yaşa... Budur əsl həqiqət...
... düz deyirmiş Təhminə...
b5300136894
b5300136894sitat gətirir2 il öncə
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl