bookmate game
az
İlya İlf,Yevgeni Petrov

Qizil dana

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Gunduz Memmedovhas quoted9 years ago
    Və yazıçının qorxulu «Yeddi asılmış haqqında hekayə»nin müəllifinin başına dəhşətli ittihamlar yağırdı ki, guya yoldaş Lapşinin altı doğma qardaşları — bahadırları işə qəbul etməsində, yoldaş Spravçenkonun ağac qabığı tədarükündə özbaşına axına ümid edərək tədarükü batırmasında, yoldaş İndokitayskinin Polşanın kiçik bir bankına 7384 rubl 03 qəpik dövlət pulunu uduzmasında məhz o günahkardır. İndokitayski nə qədər fırlansa da, müvafiq instansiyalarda nə qədər sübut etsə də ki, 03 qəpiyi dövlətin nəfinə xərcləyib və o, göstərilən məbləğə bəraət sənədləri təqdim edə bilər, xeyri olmadı. Rəhmətlik yazıçının kölgəsi amansız idi və bir payız axşamı İndokitayskini həbs etdilər
  • Gunduz Memmedovhas quoted9 years ago
    — Lənətə gəlmiş ölkə! – deyə Koreyko donquldandı. – Milyonçunun öz nişanlısını kinoya apara bilmədiyi bir ölkə.
  • Vugarhas quoted8 years ago
    «Bəs indi nə edim? – o, fikirləşdi. – Məni ancaq mənəvi əzablarla zənginləşdirən lənətə gəlmiş havayı qazanılmış pulları necə xərcləyim? Onları yandırım, bəlkə?»
  • Vugarhas quoted8 years ago
    Yox! Hər şey yerində olsa da, parad qətiyyən alınmadı. Nizami qoşunlar vaxtında göndərilmişdi, hissələr göstərilən vaxtda gəlib çıxmışdı, orkestr çalırdı. Lakin alaylar ona baxmırdı, «ura»nı ona qışqırmırdı, kapelmeyster əllərini onun üçün yellətmirdi. Ancaq Ostap təslim olmurdu. O, Moskvaya çox ümid edirdi.
  • Vugarhas quoted8 years ago
    Yarım saatlıq təmiz löhrəm ərzində Bender 1-ci Çernomorsk kinofabrikinin işlərinin incəmətləbli olduğunu özü üçün aydınlaşdırdı. Mətləbin incəliyi ondan ibarət idi ki, səsli kino erasının başlanmasıyla əlaqədar olaraq, səssiz kino artıq işləmirdi, səsli kino isə səssiz kino erasının ləğviylə əlaqədar olan səbəblərə görə hələ işləmirdi.
  • Gunduz Memmedovhas quoted9 years ago
    Böyük adamların və böyük əşyaların yaşadığı böyük dünyaya paralel olaraq, kiçik adamların və kiçik əşyaların olduğu kiçik dünya da mövcuddur. Böyük dünyada dizel mühərriki ixtira edilib, «Ölü canlar» yazılıb, Dnepr hidrostansiyası tikilib və dünya ətrafında uçuş həyata keçirilib. Kiçik dünyada «get-get» cığıran köpük ixtira edilib, «Kərpiçciklər» mahnısı yazılıb və «Səlahiyyətli nümayəndə» fasonlu şalvarı tikilib. Böyük dünyada insanlar bəşəriyyətə mərhəmət göstərməyə çalışırlar. Kiçik dünya belə yüksək materiyadan uzaqdır. Onun sakinlərinin bir arzusu var – aclıq hissi keçirmədən bir təhər yaşamaq
  • Gunduz Memmedovhas quoted9 years ago
    — Bəs siz pulu necə almağı fikirləşirsiniz?
    — Mən necə almağı fikirləşirəm? Pulu almaq və ya qopartmaq şəraitdən asılı olaraq müəyyənləşir. Şəxsən mənim pul almaq üçün dörd yüz nisbətən təmiz üsulum var. Amma məsələ üsullarda deyil. Məsələ burasındadır ki, indi varlı adam yoxdur. Və mənim vəziyyətimin də dəhşəti bundadır. Başqası, əlbəttə, hansısa köməksiz bir dövlət müəssisəsinin üstünə atılardı, amma mənim qaydalarımda belə şey yoxdur. Mənim Cinayət Məcəlləsinə olan hörmətimi bilirsiniz. Kollektivi soymaq niyyətim yoxdur. Mənə daha varlı individium verin. Amma o, yoxdur, o individium yoxdur
  • Vugarhas quoted8 years ago
    Mən bunu belə qoymaram, – Ostap donquldandı. – Sovet mətbuatının müxbirini səhrada atdılar! Mən bütün ictimaiyyəti ayağa qaldıracağam. Koreyko! Biz elə birinci kuryer qatarıyla çıxıb gedirik! Beynəlxalq vaqonda bütün yerləri alırıq!
  • Vugarhas quoted8 years ago
    Ancaq əgər dəvə özünün məşhurlaşmaq hüququnu tamamilə dərk edərək şəkil çəkdirirdisə, traktorçu qız ondan təvazökar oldu.
  • Vugarhas quoted8 years ago
    Yapon diplomatı qazaxın iki addımlığında dayanmışdı. Hər ikisi dinməzcə bir-birinə baxırdı. Onların tamamilə eyni, azacıq yastılanmış sifətləri, sərt bığları, sarı, laklı dəriləri və azca şişmiş, qıyıq gözləri var idi. Əgər qazax çit qurşaqla kəmərləndiyi qoyun kürkündə, yaponsa boz rəngli London kostyumunda olmasaydı və əgər qazax oxumağa yalnız keçən il başlamasaydı, yaponsa iyirmi il bundan əvvəl Tokioda və Parisdə iki universitet qurtarmasaydı, onları əkizlərə oxşatmaq olardı.
fb2epub
Drag & drop your files (not more than 5 at once)