Arzu Qafarli

Musteri ne İsteyir

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Biznesin indiki dövrünün ən başlıca tələblərindən biri olan müştəri məmnuniyyətinin müəssisələr üçün ön planda olmasını bütün müəssisə və müştərilər çox yaxşı bilir. Hər hansı bir müəssisə rəqabətə tab gətirmək, öz şəbəkəsini genişləndirmək istəyirsə mütləq müştəri məmnuniyyətinə diqqət yetirməlidir. İllər öncəyə nisbətən, indi hamı məhsul və xidmət keyfiyyəti, rahatlıq axtarır. Bu əsas amillərlə yanaşı əlbəttə ki qiymət də önəmli rol oynayır. Ölkəmiz sahib olduğu tarixi və təbii gözəllikləri, alış-veriş mərkəzləri ilə də hər il təxminən iki milyondan çox xarici turisti qəbul edir. Bu gedişat da önümüzə gələn illərdə bu rəqəmin dəfələrlə artmasına gətirib çıxardacaq. Gələn turistlərin böyük hissəsi alış-veriş zamanı Bakı şəhərində olsa da, amma bununla yanaşı bölgələrimizdə də turist sayının çox olduğunu görürük. Əlinizdə olan bu kitabın ərsəyə gətirilməsində məqsəd məhz elə buna görə satış və xidmət sahələrin­də işləyənlərin daha çox təcrübəli olmaları və tək­milləşməsi üçündür. Xarici və yerli turistlərə doğru xidmət etmək üçün, əsasən satış və xidmət sahəsində işləyənlər üçün satış psixologiyası, satış texnikaları, müştərilərlə doğru işləməyin yolları, müştəri psixologiyası, etirazlarla iş, bədən dili və s. haqqında kitabımda öz təcrübəmi sizinlə paylaşacam. Hər işin bir başlanğıcı var. Çalışaq ki, ətrafımıza fayda verək və bildiklərimizlə, təcrübələrimizlə iqtisadiyyatımızı inkişaf etdirək. Doğru satış iqtisadiyyatın inkişafına təkan verən ən başlıca amillərdən biridir. Bu kitabı oxuyanlar üçün faydalı olacağını və bu sahədə işləyənlərin təcrübə qazanmasında kömək edəcəyini, uğurlu satış və xidmət edəcəklərinə inanıram. Rahat əyləşin və kitabı sona qədər oxuyun. Hər hansı bir sualınız, təklifiniz olarsa mənimlə əlaqə saxlaya bilərsiniz.
This book is currently unavailable
104 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • b8877146175shared an impression3 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    🎯Worthwhile

Quotes

  • Arzu Qafarlıhas quoted4 years ago
    . İndi heç bir müəssisə öz müştərisini digər müəssisəyə vermək istəmir. Digər müəssisə də müştəriləri digərlərinin əlindən almaq üçün müxtəlif kampaniyalar, qiymət siyasəti a
fb2epub
Drag & drop your files (not more than 5 at once)