Bu kitabdan sitatlar: «Dünya fatehi Teymur», Justin Marozzi

b8777958825
b8777958825sitat gətirir4 il öncə
Bununla bağlı tarixçi Qibbon maraqlı nəticəyə gəlir: “Çingiz xanla mister Lokkun dini qanunları arasında çox oxşarlıq var.” İnancından asılı olmayaraq, istər müsəlman, xristian, istərsə də bütpərəstlərdən fərqli olaraq, monqollar dinə ehkam kimi baxmırlar. Avropaya hərbi yürüşlər za­ma­nı onlar istila etdikləri xalqların dinlərini qəbul etmək­dən də çəkinmirdilər. Çində buddizmi, İranda islamı, Ru­siyada xristianlığı qəbul edirdilər. Lakin bütün bunlar şa­ma­nizmin bir çox detallarını saxlamaqda onlara mane ol­murdu. Buna görə də islam dünyasının qüdrətli dövlətləri Teymuru həqiqi müsəlman saymırdılar.
b8777958825
b8777958825sitat gətirir4 il öncə
Dini dözümlülük monqolların əsas xüsusiyyətlərindən biridir. Onlar rast­laş­dıqları dinləri çox rahatlıqla qəbul edirdilər.
b8777958825
b8777958825sitat gətirir4 il öncə
Oğlanı “dəmir” mə­nasını verən Teymur adlandırdılar. Sonralar cavan yaş­la­rında döyüşlərin birində ayağından ağır yaralandığı üçün axsayır. Buna görə də İran variantlarında onu Teymur ləng adlandırdılar və bu ad daha geniş yayıldı. Qərbdə onu bu ada yaxın olan Tamerlan, Tamburleyn kimi adlandırırlar.8
b8777958825
b8777958825sitat gətirir4 il öncə
Tamerlan – həqiqətdə Teymurun özüdür. Adın Qərbə mə­lum olan ən uzun variantı, sadəcə olaraq, “Topal Teymur” aya­ma­sının təhrif olunmuş formasıdır. O, cığatay, daha doğrusu, türkləşmiş monqol idi. Lakin mən çoxsaylı Avropa tarixçiləri kimi onu tatar adlandıracam.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl