Cəllad məzarlığı, Əsli E. Perker
Kitablar
Əsli E. Perker

Cəllad məzarlığı

Oxu
Əsasən bir qətl hadisəsi üzərində qurulan bu psixoloji romanda, demək olar, dörd nəfər – Həmid, İsa, Lütfü və Fuad ətrafında baş verənlərdən danışılır. Həmid tanınmış tətikçi – killer olaraq “təmiz iş” görməkdə ad çıxarıb. İsa isə qəbiristanlıq – məzarlıq keşikçisi olaraq Həmidin öldürdüyü adamları adlı, adsız qəbirlərə gömməklə izi itirməkdə ona yardımçı olur. Lütfünü dayısının – Həmidin köməkçisi saymaq
olar, o da bu dünyada özünü sınamaq istəyir. Dayısına heyranlıqla yanaşı qorxu hissi də onu daim izləyir. Fuad isə təsadüfü bir qətli törədib onun qurbanına çevrilib. Universitet tələbəsi olan bu gənc istəmədən elədiyi cinayətin izini itirmək üçün bir zamanlar yaxşılıq etdiyi Lütfüyə üz tutur. Sanki hər şeydən qurtulur, cinayəti gizlətməyi bacarır. Ancaq bu gizlətdikləri onu içəridən, daxildən didib-dağıdır.
Yazıçı gəncin psixoloji sarsıntılarını, iztirablarını oxucuya çılpaq şəkildə çatdırmaq bacarığıyla onu da sanki hadisələrin iştirakçısına çevirir, gərginlikdə saxlayır.
Türkiyəli yazıçı Əsli E.Perkerin romanı hər janrda – istər psixoloji, istər detektiv – əsərləri sevən oxucular üçündür.
230 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun

Təəssüratlar

b3676743166
b3676743166təəssüratları paylaş3 il öncə

Cox dehwetli ve maraqli romandi..."ne ekersen onu bicersen "Atalar sozu bu yerde deyilib...tewekkur

Mir Ismail Ali
Mir Ismail Alitəəssüratları paylaş2 il öncə
👍Tövsiyə edirəm
🚀Ayrılmaq olmur

Sitatlar

Mir Ismail Ali
Mir Ismail Alisitat gətirir2 il öncə
Cahil insanlar çox olan yerdə hadisələrə qulp qoymaq asan olur.

Rəflərdə

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 466
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 153
ümumi, Nurlan Xanlarov
Nurlan Xanlarov
ümumi
  • 96
  • 13
I LOVE INTERESTING BOOKS, Seva
., b0909974792
b0909974792
.
  • 3
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl