bookmate game
Çingiz Abdullayev

Hammurapi qanunu

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Kseniya Morjikova — bu ad oxucuya müəllifin Azərbaycan dilində nəşr olunmuş “İngilis bulvarı” və “Tver bulvarı” romanlarından tanışdır. O, Moskvada, Mark Borisoviç Rozentalın vəkil kontorunda çalışan hüquqşünas qadındır; eyni zamanda bütün tanışları bu qadını həvəskar detektiv kimi tanıyırlar.
Bir dəfə rəfiqəsi zəng vurub, yaxın qohumuna kömək etməsini ondan xahiş edir. Belə ki, rəfiqəsinin qohumu Mariya Antonovnanın əri — tikinti kompaniyasının vitse-prezidenti, məşhur biznesmen Vadim Yevgeniyeviç Strekavin qəflətən yoxa çıxıb. İlk baxışdan məsələ çox sadə görünür: ehtimal ki, adam oğruları biznesmeni onun ailəsindən pul qoparmaq niyyəti ilə girov götürüblər. Ancaq üstündən bir həftə keçsə də, heç kəs Mariya Antonovnaya zəng vurmur, onunla əlaqə saxlamır. Üstəlik, bu arada biznesmenin cangüdəni də çox müəmmalı şəkildə qətlə yetirilir və hadisələr tamamilə dolaşıq məcraya düşür.
Ortaya yeni-yeni suallar çıxır: biznesmeni kim oğurlaya bilərdi və onun aradan götürülməsi hansı qüvvələrin marağındadır?! Öz hərəkətlərini həmişə çox ehtiyatla ölçübbiçən və heç vaxt risqə yol verməyən Vadim Strekavinin qəflətən yoxa çıxmasının səbəbi nədir?
Beləliklə, Kseniya Morjikova öz şəxsi araşdırmalarına başlayır və üç günlük təhqiqat prosesində bir-birindən dəhşətli situasiyalarla üzləşir. Suallar getdikcə çoxalır, konkret cavab isə yoxdur. Belə görünür ki, həqiqəti üzə çıxarmaq mümkün olmayacaq!
Amma Kseniya Morjikova, həmişə olduğu kimi, bu dəfə də əsl həqiqəti üzə çıxara bilir. Necə? Oxucu bu sualın cavabını yalnız roman ilə tanışlıqdan sonra biləcək.
This book is currently unavailable
262 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • b7927495795shared an impression7 years ago
    👍Worth reading

    Bir nəfəsə oxunan kitabdı. Tövsiyyə edirəm.

  • Cavid İsmayılzadəshared an impression4 years ago

    Əla kitabdı🤙

  • günelshared an impressionlast year
    👍Worth reading
    🌴Beach Bag Book
    🚀Unputdownable

    Uzağı 2-3 günə bitəcək, maraqlı və intriqa dolu kitab oldu. Sonunu təxmin etmək asan idi, standart detektiv janrı. Qeyri-adi bir şey deyildi, amma maraqlı zaman keçirmək üçün gözəl seçimdi.

    P.S. Əsər çox pis tərcümə olunub. Rus dilini bilən orijinaldan oxusun.

Quotes

  • Məhəbbət Şirinovahas quoted7 years ago
    “Ağıllı adam o adam deyil ki, xeyirlə şəri bir-birindən seçib ayıra bilir, ağıllı o adamdır ki, iki şərdən daha az olanını seçməyi bacarır”.
  • Məhəbbət Şirinovahas quoted7 years ago
    Hamıya həsəd aparmaq və buna görə onlara nifrət etmək o deməkdir ki, sən nifrət toxumu basdırırsan,
  • Cavid İsmayılzadəhas quoted4 years ago
    pdığımız Marks baba necə də haqlı idi. Elə bir cinayət yoxdur ki, kapital ona pul xatirinə getməsin. Və təkcə kapital deyil, ümumiyyətlə insan. Pul Şeytanın ən dahiyanə kəşfidir. Elə Allahın da. Bax elə eyni vaxtda bu cür-hər ikisinin.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)