Bu kitabdan sitatlar: «11/22/63», Stiven Kinq

Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Biz həmişə zərərli adətlərimizə bəraət qazandırırıq, elə deyilmi?
b0497577606
b0497577606sitat gətirir4 il öncə
12

Evin birinci mərtəbəsində kirayənişinlərin yaşadığı ortaya çıxarsa, atacağım addımı düşünərək, mən bütün şəhəri keçməklə Vest Nili küçəsinə sürdüm (yavaş sürətlə, amma çox böyük inamla). Belə olduqda, yəqin ki, yeni silah almaq lazım gələcəkdi... amma mən 38 kalibrli “Polis Speyşl”-ı istəyirdim, çünki bir dəfə Derridə məhz ondan istifadə etmişdim və uğurlu alınmışdı.
“Bu gün” radio xəbər buraxılışının aparıcısı Frenk Bleyrə görə Kennedi Mayamiyə getmiş, böyük kubalı kütlə tərəfindən alqışlanmışdı. Bəziləri əllərində “YAŞASIN CON F. KENNEDİ”, digərləri isə “KENNEDİ BİZİM İDEYALARI SATDI” sözləri yazılmış plakatlar tutmuşdu. Əgər bir şey baş verməzsə, onun yetmiş iki saat ömrü qalıb. Osvald – bir az çox yaşayacaq – indi dərslik anbarındadır, ola bilsin ki, kitab doldurulmuş qutuları yük liftlərindən birinə yükləyir, bəlkə də istirahət otağında qəhvə içirdi.

Mən onun “işinə” elə orada da baxa bilərdim – sadəcə ona yaxınlaşa və güllələməklə – ancaq tutulub, qandallanmaq halı da istisna edilmir. Əgər işimdə uğurlu olaramsa, bu hal atəşdən sonra ola bilər. Əgər uğursuzluq olarsa, onda atəşdən əvvəl. Istənilən halda Seydi Danhilli növbəti dəfə dəmir barmaqlıqlarla möhkəmləndirilmiş şüşə arxasından görməli olardım. Əgər Osvaldı dayandırmaq üçün həyatımı vermək lazım gələrsə – qəhrəmanların dilincə desək özümü qurban vermək lazım olarsa – düşünürəm ki, bunu edə bilərdim. Ancaq mən belə olmasını heç istəmirəm. Seydinin və sevimli tortumun da yanımda olmasını istəyirəm.
Vest Nili küçəsindəki 214 saylı evin qarşısındakı yaşıllıqda barbekyu manqalı, eyvanda yeni yelləncək kreslo vardı, amma pəncərənin pərdəsi çəkilmişdi, həyətə gedən yolda maşın görmədim. Maşınımı səkidə saxladım, “risk etməyən şampan içmir” deyib, pillələri qalxdım. On apreldə Marinanın durduğu yerdə dayandım, o, qapını döyən formada mən də döydüm. Qapını açan olarsa, “Ensiklopediya Britannika”nın yayıcısı Frenk Anderson kimi təqdim edərəm (“Grit” qəzeti üçün olduqca yaşlı idim). Evin xanımı maraq göstərərsə, sabah nümunə ilə gələcəyimi vəd edərəm.
Heç kim səs vermədi. Bəlkə mənzilin bu xanımı da işləyir. Bəlkə aşağıya – qonşuya enib. Bəlkə o, bu yaxınlara kimi mənə məxsus olan və içəndən sonra yatdığım yataq otağındadır. Belə halda Keçmişin Dünyasında dediyimiz kimi bunun mənim üçün isti-soyuğu yoxdur. Məkanda sakitlik idi, əsas məsələ bu idi, səkidə də boşluq idi. Hətta qonşu gözətçinin gəzinti qoltuğu ilə silahlanmış xanım Alberta Hitçinson da gözə dəymirdi.
Eyvandan yanaşı və axsayaraq endim, cığıra tərəf getdim, sanki bir şeyi unutmuş kimi döndüm və pillələrin altına baxdım. 38 kalibrli tapançam orada idi, yarı yarpaqla örtülmüşdü, yalnız qısa lüləsi görünürdü. Sağlam dizim üstə əyildim, onu təmizlədim və idman paltomun yan cibinə soxdum. Ətrafa baxdım, heç kimin baxmadığını dəqiqləşdirdim. Axsaya-axsaya maşınıma tərəf getdim, silahı əl yerinə qoydum və sürüb, oradan aralandım.
b8244012260
b8244012260sitat gətirir3 ay öncə
Sevənlər üçün çopur – yanaqdakı qəmzədir.
– Yapon atalar sözü
b0497577606
b0497577606sitat gətirir4 il öncə
7

Havanı xəsisliklə içimə çəkərək, kabinədə oturanda xatirələr sel kimi axdı.
Ayvi və Rozett Mersedes küçəsində. Soy adı Eldə olan kimi Tempeltondur.
İpdən tullanan qızlar: Mənim yaşlı adamım sualtı qayıq sürür.
“Satellit Elektroniks” mağazasından Azdanıçan Mayk (Müqəddəs Mayk).
Supermen kimi köynəyini cıran Corc de Mohrenşildt.
Billi Ceyms Hargis və general Edvin A. Uolker.
Qərbi Nili küçəsindəki 214-cü evdəki qapımın kandarında duran qatilin gözəl girovu Marina Osvald: Bağışlayın, siz mənim əyimi (ərimi sözünü belə tələffüz edir) görməmişsiniz.
Texasın məktəb dərslikləri anbarı.
Altıncı mərtəbə, cənub-qərbi pəncərə. Dili Plazaya və üç qat tunelə dönən Elm küçəsinə açılan ən yaxşı pəncərə. Titrəməyə başladım. Çiyin əzələlərimi barmaqlarımla tutdum və qollarımı sinəmdə möhkəmcə çarpazladım. Belə bir vəziyyət keçə ilə bükülmüş boru kəsiyi ilə sındırılmış sol qolum ağrıdı, amma mən fikir vermədim. Sevinirdim. Ağrı məni aləmə bağlayırdı.
Əsməyim nəhayət ki, keçdikdən sonra mən başa çatmamış əlyazmanı, qiymətli mavi dəftəri və yerdə qalanı portfelimə yığdım. Əlimi düyməyə uzadıb, Melvini çağırmaq istəyirdim ki, son dəfə qutunun lap dibinə baxmağı düşündüm. Əlavə iki şey də tapdım. “Satellit Elektroniks” mağazasına gəlmək üçün uydurduğum nağılı təsdiq etmək məqsədilə lombarddan aldığım ucuzvari nişan üzüyünü gördüm. Digəri isə Osvaldın balaca qızına (Cun yox, Eyprılaya) məxsus olan qırmızı uşaq oyuncağı idi. Oyuncaq portfelə, üzük isə şalvarımın saat saxlanılan cibinə qoyuldu. Evə qayıdarkən onu yolda tullamağı düşünürdüm. Vaxtı gələrsə, Seydi daha gözəlinə sahib olar.
Qemerkhanim
Qemerkhanimsitat gətirir22 gün öncə
Sevənlər üçün çopur – yanaqdakı qəmzədir.
– Yapon atalar sözü
Muhammed Damirov
Muhammed Damirovsitat gətirir5 ay öncə
1958-ci ildə Derridə ən son kompüterlər kiçik yaşayış mikrorayonunu zəbt edirdi, yerli qəzetin isə heç bir yardımı gözə dəymirdi. Nə qalırdı? Mən kollecdəki sosiologiya müəlliminin – hiyləgər qoca yaramazın məsləhətini yadıma saldım, o deyərdi: əgər heç nə alınmırsa, əldən burax və kitabxanaya get.
Peyman Babazade
Peyman Babazadesitat gətirirkeçən il
Bizim sağlam düşüncəmizə görə, balaca, yalqız insanın limuzinlər, legionlar, kütlə və təhlükəsizlik xidmətinin əhatə etdiyi nəhəngi yıxa bilməsi praktiki olaraq qəbuledilməzdir. Əgər belə bir dəyərsiz insan Yer üzünün ən qüdrətli ölkəsinin başçısını cəzalandıra bilirsə, onda əndazəsiz bataqlığın bizi özünə çəkdiyi absurd adlanan bir dünyada yaşayırıq.
– Norman Meyler

Sevənlər üçün çopur – yanaqdakı qəmzədir.
– Yapon atalar sözü

Rəqs – həyatdır.

Tr

Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
22 noyabr 1963-cü il hadisəsi barədə son bəyanatı üç sözdən ibarət oldu: “Mən qapazaltı idim”. Onun yalan, yoxsa doğru deməsi barədə mübahisələr heç vaxt bitməyib.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Seydi sanki yuxudaymış kimi əlimi tutur. O yuxudadır, mən də. Bütün şirin röyalar kimi bu da qısa olacaq... amma qısalıq yuxuya şirinlik gətirir, elə deyilmi? Hə, mən belə düşünürəm. Çünki zaman keçəndə onu heç vaxt geri qaytarmaq olmur.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Ancaq mən sevgiyə inanıram; sevgi yeganə yaşanılası möcüzədir
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Görəsən “əməllərinizin nəticəsini öz gözlərinizlə görün” ifadəsindən ən uğursuz ifadə varmı? Hazırlaşmadan bunu düşünə bilməzdim.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Səksən saatdan da çox vaxtı ara-sıra mürgüləyərək, durmadan təkərlər üzərində keçirdikdən sonra özümü şəxsi təxəyyülümün məhsulu kimi hiss etdim
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Aşağıda: Uğurlar, Amberson. Sənə üz vermiş itkiyə görə çox-çox təəssüflənirəm.
Bəlkə də o təəssüf edib, amma təəssüf etmək ucuzdur, elə deyilmi? Təəssüf etmək olduqca ucuzdur.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Ümumi planım indi artıq aydın idi və mən daha ətraflı hazırlıq işinə keçmək istəyirdim.
Bunun əvəzinə burnumu qurdaladım və sonra yuxuya getdim.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Hər şeyin başvermə səbəbi var, – Hosti ciddi-ciddi dedi və bir anlıq mən stolun üzərindən tullanıb, onun qırmızı, ətli sifətini yumruqlamaq istədim. Ona görə yox ki, o səhv idi. Mənim sadə düşüncəmə görə, hər şey həqiqətən də bir səbəb üzündən baş verir. Amma biz səbəbi xoşlayırıqmı? Çox nadir halda.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Təkcə sən ölmə, Ceyk... xahiş edirəm. Sənin sağalmağını istəyirəm.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Heç nə yadına düşmədi, düzmü bilmişəm? Mən zəhlətökənəm, hə?
– Eyib etməz. Sən dünyada zəhlətökəndən ən uzaqda olansan.
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Adamlarl qorxutmaq – çirkli işdir, amma bunu biri etməlidir
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Mən həm də hirslənirəm. Həyatın ağır olduğunu bilirəm, hamının da ürəyində bunun belə olduğunu bilirəm, amma niyə o həm də belə üzücü olmalıdır? Niyə o belə incitməlidir?
Nurlan Süleymanov
Nurlan Süleymanov sitat gətirir3 il öncə
Real həyatda bəzən yaxşı oğlan və qızların dalına təpik dəyir. Ya da alnına silah dayanır.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl