Amil Amal

Eve gelende sevgi al

    Elçin Amirovsitat gətirir2 il öncə
    Darıxmaq sözünün

    sonundakı «q» hərifi belə

    acıyıb halıma deyir ki,

    istəyirsən gedim

    təki sən darıxma.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Dərdlər kökəlib

    qəm yeməyindən.

    Sevinc pəhriz saxlayır

    şad xəbərindən.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Qollarını gen açıb

    “bax bu boyda” deyən

    məsum bir uşağın

    sevgi arşını qədər,

    yer boyda, göy boyda

    sevirəm səni.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Ali təhsilli işsizlər kimi

    ali sevgili qadınsızdım.

    İxtisasca sevgini bitirsəm də

    öz sevgim üzrə sevmirdim.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Burda insanları asmırlar.

    Ya insanlar özlərindən

    aslı olmayaraq özlərini asırlar

    ya da ki, insanlar insanları

    özlərindən asılı salırlar.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Qərara alıram:

    Sevgi Nazirliyi yanında
    Dövlət Nifrət Agentliyi yaradılsın.
    Həddən çox dəyər verdiyimiz

    adamlar üçün
    Əlavə Dəyər Sevgisi
    tədbiq edilsin.

    Qərar qüvvəyə

    mindiyi gündən
    həyata keçirilsin.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Yağ ey ağ qar, çoxlu yağ.

    Topsuz uşaqların

    qar topusu kimi,

    adamı olmayanların

    qar adamı kimi yağ.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    İcazə ver indi sevim,

    sonraya saxlamayım.

    Nə bilmək olar axı?

    Birdən gördün deyirlər

    İndi sevməsin səni.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Bilirəm atacaq bir gün.

    Allah belə sevmir,

    fırladır dünyanı.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Bəlkə də anamın

    kürəyimə çəkdiyi

    yod “kletka”sı kimi

    Tanrı bütün

    meridianları, paralelləri

    Dünyanın sağalması üçün

    yer kürəsinə çəkmişdi.
    b5168356716sitat gətirirkeçən il
    Gecəylə səhərin oyunu gedirdi.
    Tanrı cibindən çıxardıb günəşi,
    gecəyə qırmızı verirdi.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Hər gün “e-mail”mi yoxlayıram.

    Gələnlər qutusu boşdu.

    Hər gün həyatımı yoxlayıram.

    Gedənlər o qədər ki...
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Əşi, uşaqdı, qanmır da.

    Əşi, cavandı,

    beyni dumanlıdı.

    Əşi, qoca kişidi,

    huşu başında deyil.

    Əşi...
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Düş aşağı bir dənə sevgi al gəl.

    Nifrəti də götür at.

    Dünəndən qalıb iylənib.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Müharibə uşaqları,

    qaçqın-köçkün uşaqlar

    daha yaxşı bilər bunu.

    Evdə bişən bütün yeməklər

    kartofdan hazırlanardı.

    Çörəkdən də daha çox

    müqəddəs sayılardı.

    Qızartması, soyutması,

    püresi, kotleti, lüləsi

    hətta kababı belə vardı.

    İndi yerdə görsəm

    öpüb gözümün

    üstünə qoyuram.

    Heç də təsadüfən

    çörək əvəzinə olmayıb

    əvvəllər.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Nə bizim eradan əvvəl

    nə bizim eradan sonra.

    Bizim üçün həyatda

    yalnız iki dövr olub.

    Bizim sevgidən əvvəl

    Bizim sevgidən sonra.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Barmaqları olmayan nişanlı oğlan

    gizlədib əllərini ciblərində

    nişan üzüklərinə baxırdı
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Əlləş,

    ayaqlaş,

    dilləş,

    sözləş

    və qorxma

    üzləş

    özünlə.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Bu da belə adətdir,

    qadınlar heç vaxt

    gül almaz kişilərə.

    Bu səfər tərsinəydi.

    İlk dəfə idi qadın,

    ömürü boyu ona gül alan

    ömür-gün yoldaşı üçün

    gül almaq istəyirdi

    onda da kövrəlirdi.
    Vusala Mammadovasitat gətirir5 ay öncə
    Ən maraqlı olanı budur ki,

    insanlar bir-birilərinə

    bu qədər yadikən,

    yadplanetlilərin varlığıyla belə

    maraqlanarlar.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl