bookmate game
Çingiz Abdullayev

Əclafların qanunu

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Bahlul Valiyevhas quoted7 years ago
    Nə haqda razılığa gəlmişdi?
    — Birgə fəaliyyət haqda... — Sadıxov bir qədər duruxdu.
    — Zəhmət olmasa, daha konkret. Mənim vaxtım azdır.
    — Hə, hə, əlbəttə. Biz sərhəddə yeni dəhliz yaratmaq istəyirdik. Keçən il Türkiyədə erməni tərəfin nümayəndələrilə görüşmüşdük. Razılaşmışdıq ki, yükləri dəhlizdən sərhədə birlikdə keçirək. Hər şeyi razılaşdırmışdıq.
    — Siz dəqiq nə vaxt görüşmüsünüz?
    — Keçən il, deyəsən, yazda.
    — Axı o vaxt həmin hissə hələ işğal olunmamışdı. Siz hardan bilirdiniz ki, məhz bu dəhliz işğal olunacaq.
    Sadıxov susurdu.
    — Sizdən soruşuram, cavab verin, — Dronqo səsini qaldırdı.
    — Biz elə danışmışdıq... — Sadıxov çətinliklə dedi, — biz danışmışdıq ki, həmin dəhliz işğal olunacaq.
    — Necə? — eşitdikləri insan məntiqinin adət etdiyi normalara sığmırdı.
    — Onlara sərhədə çıxmaq lazım deyildi, — Sadıxov dəhşətdən az qala boğularaq tələsik izah etdi. O başa düşürdü ki, bu etiraflardan sonra artıq məhkumdur. O başqa bir şeyi də başa düşürdü. Əgər o indi hər şeyi danışmasa, qarşısında dayanan bu qisasçı onu güllələyəcək. — Amma biz hər şey haqda danışmışdıq. Əsas o idi ki, onlar sərhədə yaxın stansiya olan Horadizi ələ keçirsinlər. Biz razılığa gələ bildik. Füzuliyə tanklar yeridiləndə bir neçəsi Horadiz tərəfə dönmüşdü. Bu vaxt biz stansiyada panika yaratdıq, bizim adamlar qışqırırdı ki, bura yüzlərlə tank yaxınlaşır. Stansiyanı müdafiə edən komandirə stansiyanın təhvil verilməsi haqda yanlış əmr gəldi. Sonra onu güllələdilər. Nəticədə biz həmin dəhlizi əldə etdik.
    — Deməli, Horadizin işğalı hər iki mafiyanın birləşmiş aksiyasıydı! — Dronqo eşitdiyinə inanmadı.
    — Hə, — Sadıxov ümidsizcəsinə dedi, — biz hər şeyi əvvəldən hazırlamışdıq. Bizə dəhliz lazım idi. Hərbi nöqteyi-nəzərdən erməni hissələrinə oranı işğal etmək lazım deyildi. Ora nahamar yerlərdir, sərhədi müdafiə etmək demək olar ki, mümkün deyil. Biz də öz növbəmizdə stansiyanı təslim etməyə bilərdik. Amma biz yeni dəhlizi məhz orda yaratmaq istəyirdik. Ona görə belə alındı.
    — Qulaq asın, Sadıxov. Siz iblisin özüsünüz. Bədbəxt insanlar — həm ermənilər, həm azərbaycanlılar — inanır-lar ki, torpaq uğrunda, azadlıq uğrunda vuruşurlar, sizsə bu vaxt mafioz işlər təşkil edirsiniz. Siz ümumiyyətlə, Allaha inanırsınız?
    — Bunun nə dəxli var? — Sadıxov dartındı. — Guya digər rayonların necə təhvil verildiyini siz bilmirsiniz. Birini təhvil vermək lazım idi ki, Bakıdakı hakimiyyət dəyişsin. Digəri, dağlardakı yeganə yolu minalardan təmizləyib özünə ev tikmək üçün və ora rahat yol salmaq üçün partlayıcılardan istifadə etmiş icraiyyə komitəsinin sədri üzündən verildi! Həmişə də belədir. Bizdən nə istəyirsiniz? Elə bilirsiniz, ermənilərdə belə hallar olmur? İstədiyiniz qədər. Öyrənin, görün Stepanakertdə balıq və kürü hardandır. Axı orda dəniz yoxdur. Və ya benzin. Onların ki neft emal edən zavodları yoxdur? Mənlik burda nə var ki?
    — Bilirsiniz, — Dronqo kədərlə dedi, — bu müharibədə mənim ən çox erməni və azərbaycanlıların sadə insanlarına yazığım gəlir. Onları bir-birilərinə qarşı qaldırıb indi onların qanıyla varlanırlar. Siz it oğlusunuz.
    — Bunu niyə mənə deyirsiniz? — Sadıxov əsəblə soruşdu. — Elə bil təkcə mən beləyəm. Qalanları belə deyil? Nə satdığının nə fərqi var — narkotik maddə, neft, pambıq, metal, onsuz da hamı hər şeyi satır. Situasiya belə alınıb.
    — Lənətə gələsiniz! — Dronqo nifrətlə dedi. — Onda niyə müharibəni dayandırmırsınız? Niyə insanlara demirsiniz ki, daha bəsdir, vuruşmaq lazım deyil. Biz ticarət — etmək, almaq, satmaq istəyirik, vuruşmaq yox. Yox, siz xalqı müharibəyə qəsdən itələyirsiniz. Bilirsiniz ki, yalnız müharibə şəraitində, müdafiə olunmayan sərhədlər halında özünüzü yaxşı edəcəksiniz və siz həmvətənlərinizin qanı bahasına varlanırsınız. Şəxsən siz uşaqların qanı bahasına, qadınların və qocaların əzab-əziyyəti bahasına var-dövlət yığırsınız. Məhz siz xalqları bir-birinə qarşı qaldırır, düşmən obrazı yaradır, qonşular haqda yalan və böhtan yayırsınız. Erməni və azərbaycanlıların iki mafiyası heç vaxt bu müharibəni bitirməyə imkan verməyəcək. Müharibə sizi yedizdirir, o sizin — gücünüzdür.
    O, tapançanı qaldırdı.
    — Mən təəssüflənirəm ki, sizə söz verdim, — Dronqo qəzəblə dedi, — yoxsa, sizi güllələyərdim. Bu torpaqda yeri olmayan vəhşi bir məxluq kimi. Sizin pulunuz var. İstədiyiniz ölkəyə rədd olun! Amma bir daha öz vətəninizdə görünməyə cürət etməyin. Sizin kimilərinin vətəni olmur. Sizin vətəniniz budur — içi dollarla dolu çamadan! — o, “diplomat”ı Sadıxovun üzünə çırpdı. Pul dəstələri bütün otaqlara sovruldu. Tapançanın darağını çıxarıb cibinə qoyaraq onu bir kənara atdı. Sonra cəld addımlarla sanki fikrini dəyişəcəyindən qorxaraq qapıya yönəldi. Artıq liftdə bu əclafı güllələmədiyinə təəssüfləndi. Amma gözlərini yumaraq iradəsi hesabına özünü sakitləşdirdi. Bu gün o ilk dəfə olaraq, saçında ağarmış tüklər gördü
  • Gunduz Memmedovhas quoted8 years ago
    — Bəs o, Türkiyəyə hardan gəlib?
    — Nyu-Yorkdan. Paşayev keçən il ora gedəndə onların nümayəndəsilə razılığa gəlmişdi. Onlar da Aleksandr Petroviçi göndərdilər.
    — Nə haqda razılığa gəlmişdi?
    — Birgə fəaliyyət haqda... — Sadıxov bir qədər duruxdu.
    — Zəhmət olmasa, daha konkret. Mənim vaxtım azdır.
    — Hə, hə, əlbəttə. Biz sərhəddə yeni dəhliz yaratmaq istəyirdik. Keçən il Türkiyədə erməni tərəfin nümayəndələrilə görüşmüşdük. Razılaşmışdıq ki, yükləri dəhlizdən sərhədə birlikdə keçirək. Hər şeyi razılaşdırmışdıq.
    — Siz dəqiq nə vaxt görüşmüsünüz?
    — Keçən il, deyəsən, yazda.
    — Axı o vaxt həmin hissə hələ işğal olunmamışdı. Siz hardan bilirdiniz ki, məhz bu dəhliz işğal olunacaq.
    Sadıxov susurdu.
    — Sizdən soruşuram, cavab verin, — Dronqo səsini qaldırdı.
    — Biz elə danışmışdıq... — Sadıxov çətinliklə dedi, — biz danışmışdıq ki, həmin dəhliz işğal olunacaq.
    — Necə? — eşitdikləri insan məntiqinin adət etdiyi normalara sığmırdı.
    — Onlara sərhədə çıxmaq lazım deyildi, — Sadıxov dəhşətdən az qala boğularaq tələsik izah etdi. O başa düşürdü ki, bu etiraflardan sonra artıq məhkumdur. O başqa bir şeyi də başa düşürdü. Əgər o indi hər şeyi danışmasa, qarşısında dayanan bu qisasçı onu güllələyəcək. — Amma biz hər şey haqda danışmışdıq. Əsas o idi ki, onlar sərhədə yaxın stansiya olan Horadizi ələ keçirsinlər. Biz razılığa gələ bildik. Füzuliyə tanklar yeridiləndə bir neçəsi Horadiz tərəfə dönmüşdü. Bu vaxt biz stansiyada panika yaratdıq, bizim adamlar qışqırırdı ki, bura yüzlərlə tank yaxınlaşır. Stansiyanı müdafiə edən komandirə stansiyanın təhvil verilməsi haqda yanlış əmr gəldi. Sonra onu güllələdilər. Nəticədə biz həmin dəhlizi əldə etdik.
    — Deməli, Horadizin işğalı hər iki mafiyanın birləşmiş aksiyasıydı! — Dronqo eşitdiyinə inanmadı.
    — Hə, — Sadıxov ümidsizcəsinə dedi, — biz hər şeyi əvvəldən hazırlamışdıq. Bizə dəhliz lazım idi. Hərbi nöqteyi-nəzərdən erməni hissələrinə oranı işğal etmək lazım deyildi. Ora nahamar yerlərdir, sərhədi müdafiə etmək demək olar ki, mümkün deyil. Biz də öz növbəmizdə stansiyanı təslim etməyə bilərdik. Amma biz yeni dəhlizi məhz orda yaratmaq istəyirdik. Ona görə belə alındı.
    — Qulaq asın, Sadıxov. Siz iblisin özüsünüz. Bədbəxt insanlar — həm ermənilər, həm azərbaycanlılar — inanır-lar ki, torpaq uğrunda, azadlıq uğrunda vuruşurlar, sizsə bu vaxt mafioz işlər təşkil edirsiniz. Siz ümumiyyətlə, Allaha inanırsınız?
    — Bunun nə dəxli var? — Sadıxov dartındı. — Guya digər rayonların necə təhvil verildiyini siz bilmirsiniz. Birini təhvil vermək lazım idi ki, Bakıdakı hakimiyyət dəyişsin. Digəri, dağlardakı yeganə yolu minalardan təmizləyib özünə ev tikmək üçün və ora rahat yol salmaq üçün partlayıcılardan istifadə etmiş icraiyyə komitəsinin sədri üzündən verildi! Həmişə də belədir. Bizdən nə istəyirsiniz? Elə bilirsiniz, ermənilərdə belə hallar olmur? İstədiyiniz qədər. Öyrənin, görün Stepanakertdə balıq və kürü hardandır. Axı orda dəniz yoxdur. Və ya benzin. Onların ki neft emal edən zavodları yoxdur? Mənlik burda nə var ki?
    — Bilirsiniz, — Dronqo kədərlə dedi, — bu müharibədə mənim ən çox erməni və azərbaycanlıların sadə insanlarına yazığım gəlir. Onları bir-birilərinə qarşı qaldırıb indi onların qanıyla varlanırlar. Siz it oğlusunuz.
    — Bunu niyə mənə deyirsiniz? — Sadıxov əsəblə soruşdu. — Elə bil təkcə mən beləyəm. Qalanları belə deyil? Nə satdığının nə fərqi var — narkotik maddə, neft, pambıq, metal, onsuz da hamı hər şeyi satır. Situasiya belə alınıb
  • Bahlul Valiyevhas quoted7 years ago
    Bağırov şəhərə qayıdarkən maşının arxa oturacağında yuxuya getmişdi. Ailəsini çoxdan İngiltərəyə göndərmişdi və indi sevgilisinin yanında gecələyirdi. Onun axırıncı dəfə düşündüyü, hər yerdə peyda olan bu ələkeçməz keçəl haqda həyəcanlı fikirlər olmuşdu.
    “Bakıda kimsə onun arxasında durur”, – o yuxuya getməzdən əvvəl düşündü.
  • Bahlul Valiyevhas quoted7 years ago
    Onun gedişindən sonra Cəfərov uzun müddət yata bilmədi. O deyirdi ki, istənilən müharibə əclafların şərəfli insanlara qarşı dilbirliyidir. Nəhayət, Mirzə yuxuya getdi və ilk dəfə olaraq yuxusunda il yarım bundan əvvəl həlak olmuş qardaşı oğlunu gördü. O, nəyə görəsə gülümsəyirdi.
  • Bahlul Valiyevhas quoted7 years ago
    Qarabağda amansız müharibə gedirdi və qanuna görə respublikanın bu və ya digər vətəndaşının qətlinə görə cinayət işi açılmalıydı. Sivil dövlətlərdə qəbul olunduğu kimi. Amma əvvəla, müharibə gedirdi və qətllərin törədildiyi bir çox ərazilər düşmən tərəfindən işğal olunmuşdu. İkincisi, Dağlıq Qarabağın erməni sakinləri özlərini Azərbaycan vətəndaşları saymırdılar və respublikanın qanunlarına boyun əymək fikrində deyildilər. Bakıdasa öz növbəsində Dağlıq Qarabağ ərazisində yaşayan erməniləri öz həmvətənləri kimi de-fakto tanımasalar da, onların müstəqil Azərbaycan ərazisində olduğunu de-yure tanıyır və prinsipial olaraq istənilən zorakılıq hadisəsinə görə cinayət işi qaldırmaqda davam edirdilər. Hərçənd, indiki halda sərhəd rayonunda qoca çoban öldürülmüş və onun gənc ortağı ağır yaralanmış-dı. Prokurorluqda belə hesab edirdilər ki, cinayəti, əlbəttə, erməni quldurları törədib və Mirzəyə növbəti dəfə tapşırılmışdı ki, ağır yaralı şahidi dindirsin, cinayət işi açsın və... bu yerlərdə istintaq aparmaq qeyri-mümkün olduğuna görə onu unutsun. Onsuz da cinayətkarlar da hadisə yerində oturub prokurorluq işçisinin gəlişini gözləyən deyildi.
  • Bahlul Valiyevhas quoted7 years ago
    Burda “əclafların qanunu” hökm sürür, Cerald, sizə çox çətin olacaq.
    — Heç vaxt belə bir qanun haqda eşitməmişəm, — Dyula təəccübləndi, — bu nə deməkdir?
    — Əsas qayda çox sadədir, — Dronqo həvəslə izah etdi. — Dostun səni ələ verməzdən əvvəl sən onu satmağa macal tap. Öz vicdanını münasib qiymətə satmağa imkan tap, nə qədər ki, bunu sənin şəriklərin etməyib. Bir sözlə, xəyanət etməyə macal tap, yoxsa bunu başqaları edəcəklər.
    — Fransızların belə bir sözü var: yalnız özününkülər xəyanət edirlər, — Dyula xatırladı.
  • Bahlul Valiyevhas quoted7 years ago
    Bu kitabda, öz təsiri ilə bütün keçmiş nəhəng dövləti əhatə edən və indi yeni, transmilli hücumları nümayiş etdirən güclü milli mafiyaların fəaliyyətini göstərməyə və danışmağa cəhd olunub. Çox vacib bir şərtə oxucuların diqqətini çəkmək istərdim. “Milli mafiya” sözü ilə, tullantısı bu quldurlar olan xalq sözünü səhv salmaq olmaz. Pis xalq olmur, bu elementar həqiqəti hələ bir çoxları dərk etməyib. Cinayətkar, milliyyətindən asılı olmayaraq cinayətkar olaraq qalır. Zərurət olarsa, onlar razılığa gələrək birgə fəaliyyət göstərə bilirlər. Bu kitabı oxuyanların hamısının yadında qalsın. İnsana onun əməksevərliyinə, ağlına və şərəfinə görə; xalqa onun tarixinə, mədəniyyətinə və ənənələrinə görə; özünüzəsə primitiv milliyyətçilik səviyyəsinə düşməyərək başqalarına hörmət bacarığına görə hörmət edin. Nəticə etibarilə, insan olmaq o qədər çətindir ki.
    Çingiz Abdullayev
  • Gunduz Memmedovhas quoted8 years ago
    Onun gedişindən sonra Cəfərov uzun müddət yata bilmədi. O deyirdi ki, istənilən müharibə əclafların şərəfli insanlara qarşı dilbirliyidir. Nəhayət, Mirzə yuxuya getdi və ilk dəfə olaraq yuxusunda il yarım bundan əvvəl həlak olmuş qardaşı oğlunu gördü. O, nəyə görəsə gülümsəyirdi
  • Gunduz Memmedovhas quoted8 years ago
    Quldurlar, “əsl beynəlmiləlçilər” idilər, hətta müharibə apardıqları ölkəylə müqavilələrdən belə çəkinmirdilər. Tez-tez sərhəd rayonu olan Qazaxdan ermənilərə benzin satırdılar. Daha sonrasa erməni tankları Azərbaycan benziniylə Azərbaycan kəndlərini gülləbaran edirdi. Bu müharibəni mənasız qardaş qırğını hesab edən şərəfli insanlar heç cür anlaya bilmirdilər ki, benzini və silahı necə satmaq olar (müharibədə!), cəsədləri necə dəyişmək, girovları pulla necə almaq olar. Əxlaqsızlığın ümumi atmosferi insanları həyasız və talançıya çevirirdi
  • Nurlan Süleymanovhas quoted4 years ago
    Bəzən hətta hakimiyyət, oğru aləminin vətənpərvər coşqunluğunu bildiyindən məhbuslara, öz günahlarını döyüş meydanında yumaq imkanı verərək onları qəsdən amnistiyaya buraxırdılar
fb2epub
Drag & drop your files (not more than 5 at once)