Bu kitabdan sitatlar: «Dahi», Teodor Drazyzer

İndi o, gəncdir, həyat gözəldir, lakin görəsən qocalıqda həyat necə olacaqdır
– Lonqfello, Brayant və Tennison – məhz belə şeylər haqqında yazmışdır. Yucin sevdiyi poemaları – “Tanatopsis”i və “Elegiya”nı xatırladı. Həyat necə də qəribədir!
Yucin özü məktəbdən heç bir əməli bilik almamışdı. Onun sığorta işindən – bu yazı-pozudan və müştərilərin ardınca qaçmaqdan zəhləsi gedirdi, tikiş maşınları alverinə nifrət edirdi, vaxtilə yazıçı və rəssam olmağa müvəffəq olacağına da heç bir ümid bəsləmirdi.
Bu oğlanın bütün fəlakəti onda idi ki, onun istedadı hələ mürgüləyirdi.
Bilirsənmi, bizim mühitdə ailə eybəcərliyinə çox təsadüf edilir. Baxıb görürəm ki, izdivac adamlara səadət gətirmir. Hətta sevdiyin bir adam tapılsa belə, tək yaşamaq yaxşı deyilmi? Məgər səadət tapmaq üçün mütləq ərə getmək lazımdır? Sən necə bilirsən?
Hamı bir şeyi pis hesab edirsə, bu hələ o demək deyildir ki, bu şey həqiqətən pisdir
OTUZ İKİNCİ FƏSİL
OTUZ BİRİNCİ FƏSİL
İYİRMİ DOQQUZUNCU FƏSİL
İYİRMİ SƏKKİZİNCİ FƏSİL
İYİRMİ YEDDİNCİ FƏSİL
İYİRMİ ALTINCI FƏSİL
İYİRMİ BEŞİNCİ FƏSİL
İYİRMİ DÖRDÜNCÜ FƏSİL
İYİRMİ ÜÇÜNCÜ FƏSİL
İYİRMİ İKİNCİ FƏSİL
İYİRMİ BİRİNCİ FƏSİL
Bütün dünya buna inanır. Stelladan, Marqaretdən və Rubidən sonra hətta o özü də buna inanır. Hətta özü də.
Yucin ədəbiyyatda realizm istiqamətini qiymətləndirirdi, Ancela üçün isə bütün gözəlliklər hissdə idi.
Özünün xalis estetik formalarında incəsənət Ancelanın ruhuna heç bir təsir bağışlamırdı. Yucin üçün isə, bu, incə əyləncələr mənbəyi idi. Tarix, fəlsəfə, məntiq, psixologiya Ancela üçün açılmamış kitab idi, Yucin üçün isə bu, tanış sahələr, bəlkə də onun sevinclə dolaşdığı, çiçəklərlə örtülmüş cığırlar idi. Bütün bunlara baxmayaraq, onlar bir-birinə meyl edirdilər.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl