bookmate game
Fərid Müslüm

Biz eşq üçün xəlq olunduq

Əlavə edilənlər barədə bildirilsin
Bu kitabı oxumaq üçün EPUB və ya FB2 faylını bookmate-ə yükləyin. Kitabı necə yükləməli?
“Biz eşq üçün xəlq olunduq” gənc şair Fərid Müslümün
oxucularla ikinci görüşüdür. Kitabda müəllifin müxtəlif
yaş dövrlərində yazdığı şeirlər toplanmışdır. Uşaqlıq və
yeniyetməlik
çağlarının duyğularından yoğrulan şeirlərdə
gənc şairin sevgiylə dolu ürək çırpıntıları, həyata, dünyaya
özünəməxsus baxışı əks olunub. Ümidvarıq ki, təqdim
etdiyimiz kitab oxucular üçün də maraqlı olacaq, Fəridin
yaşıdları bu şeirlərdə öz ürək sözlərini, könül duyğularını
tapacaqlar.
Bu kitab hazırda əlçatan deyil
42 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Fatimetəəssüratları paylaş6 il öncə
    🔮Müdrik kitabdır

    Bu nə qiyamətdir?
    Bu ki eşqin həsrətinə
    xəyanətdir.

    Arzu Mamedovatəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır

    Ferıdım ezızım 😘😘😘 ardı gelsın ınsallah poemanda tezlıkle cap olunar menım ezız qardasım ❤️❤️❤️

Sitatlar

    Fatimesitat gətirir6 il öncə
    Xoş keçən günlərin xatirəsindən,
    Gülşəndə güllərin cazibəsindən,
    Güldə bülbüllərin təranəsindən,
    Söz aç, hələ vaxt var, sübh açılmamış,
    Əzizim, sən mənə sevgidən danış...
    Demə qaşqabaqlı: “heç kefim yoxdur”.
    Mən səni görəndə sevgi görürəm,
    Sevgilim, gözəlsən, bir az da şux dur,
    Qəlbində duyğu var, eşq var, bilirəm...
    Yenə cuşa gəlib şair ilhamı,
    İndi gecə keçir, uyquda hamı,
    Gəl, baş-başa qalaq, yad oyanmamış,
    Əzizim, sən mənə sevgidən danış...
    Bizim nəyimizə gərəkdir özgə,
    Sən məni seyr eylə, mən sənə baxım.
    Saatlar ələnib saniyə olsun,
    Gözündən süzülüb könlünə axım.
    Məntək gözlərinə heç kəs baxmamış!..
    Əzizim, sən mənə sevgidən danış.
    Gəl, xoş uşaqlığı xatırlayalım,
    Dəryada, ümmanda sərt çağlayalım,
    Bu gün nə küsəlim, nə ağlayalım,
    Göz yaşı gözlərdən hələ axmamış,
    Əzizim, sən mənə sevgidən danış...
    hseynova0sitat gətirir2 il öncə
    Ey gedənlər!

    Deyərəmmi: “Durun, qalın!”

    Siz məni tərk etmədiniz,

    Özüm sizdən uzaq düşdüm.
    Ali Ahlassitat gətirir4 il öncə
    Hələ uşaqkən poeziyanın sehrinə düşüb söz qoşmaq, şeir yazmaq istəyi Tanrının bəxş etdiyi istedadın ilk işartılarından sayıla bilər.

Rəflərdə

    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 588
    • 575
    Nihat Nihatmasalli
    KITABLAR
    • 22
    • 2
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl