Zbiqnev Bjezinski

Böyük şahmat taxtası

    Misir Məmmədlisitat gətirir6 il öncə
    Geosiyasi planda münaqişə əsas etibarilə Avrasiyanın özünün periferiyasında cərəyan edirdi. Çin-Sovet bloku Avrasiyanın böyük hissəsində hökmranlıq etsə də, onun periferiyasına nəzarət etmirdi. Şimali Amerika möhtəşəm kontinentin həm ən Qərb, həm də ən Şərq sahillərində möhkəmlənməyə müvəffəq oldu
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Siyasi həyat qabiliyyəti, ideoloji çeviklik, iqtisadiyyatın dinamikliyi və mədəniyyətin cəlbediciliyi həlledici faktorlar oldu.
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Və heç Avropanın öz ərazisində belə həlledici hökmranlığa nail ola bilməyən, lakin dünya miqyasında hegemonluğa can atan imperiya səciyyəli avropalı iddiaçılardan fərqli olaraq, bu rəqiblərin hər biri nəzarət etdikləri məkan daxilində aşkar hökmranlıq edirdi; hər biri vassalları və özündən asılı dövlətlər üzərində fərdi hakimiyyətini möhkəmləndirmək üçün öz ideologiyasından istifadə edirdi ki, bu da müəyyən mənada dini müharibələr dövrünü xatırladırdı.
    Öz aralarında yarışan doqmaların qlobal səciyyəli geosiyasi əhatəsindən və elan edilən universallığından yaranan kombinasiya aparılan rəqabətə tarixdə misli görünməmiş əzəmət veriridi.
    Misir Məmmədlisitat gətirir6 il öncə
    İqtisadi yüksəlişin belə diqqətəlayiq dinamikasına eksperimentləri və novatorluğu stimullaşdıran mədəniyyət şərait yaradırdı. Amerikanın siyasi institutları və azad bazar iqtisadiyyatı arxaik imtiyazlar və ya sosial ierarxiyanın sərt tələbləri ilə məhdudlaşdırılmayan, ambisiyalı və köhnə fikir qəliblərindən azad olan ixtiraçılara öz şəxsi niyyətlərini həyata keçirmək üçün misli olmayan imkanlar yaratmışdı. Qısası, xaricdən ən istedadlı insanları cəlb edən və onları sürətlə assimilyasiya edən milli mədəniyyət iqtisadi yüksəlişə unikal əlverişli şərait yaradır, milli qüdrətin ekspansiyasını yüngülləşdirirdi
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Hegemonluq elə dünyanın özü kimi qədimdir. Lakin Amerikanın dünya üzərində üstünlüyü özünün təşəkkül tapma sürəti, qlobal miqyası və həyata keçirilmə üsulları ilə fərqlənir
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Bu şəxslərin hər biri dərk edirdi ki, Amerikanın qüdrətinin Avrasiyaya inyeksiyası onların dünya üzərində hökmranlıq ambisiyalarına son qoya bilər. Onların hər biri bu nöqteyi-nəzəri bölüşürdü ki, Avrasiya dünyanın mərkəzidir və kim ona nəzarət edirsə, o, bütün dünya üzərində nəzarəti həyata keçirir. Üstündən yarım əsr keçəndən sonra sual başqa cür ifadə edildi: Amerikanın Avrasiyada üstünlüyü davam edəcəkmi və bundan hansı məqsədlərlə istifadə oluna bilər?
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Bundan belə nəticə hasil olur ki, Amerika xarici siyasətdə qüdrətin ifadəsi olan ən müasir istiqamətlərin (texnologiyalar, kommunikasiyalar, informasiya sistemləri, eləcə də ticarət və maliyyə) inkişafını təmin etməklə yanaşı, geosiyasi aspekti izləməkdə davam etməli və öz təsirini Avrasiyaya elə formada göstərməlidir ki, burada Birləşmış Ştatların siyasi arbitr qismində çıxış etdiyi sabit siyası tarazlıq yaradılmış olsun.
    Deməli, Avrasiya – dünyaya hökmranlıq uğrunda mübarizənin davam etdiyi “şahmat taxtasıdır” və belə mübarizə geostrategiya – geosiyasi maraqların strateji cəhətdən idarə olunması məsələsinə toxunur
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Özündən əvvəl mövcud olan bir çox imperiyalar kimi, Sovet İttifaqı son nəticədə bilavasitə hərbi məğlubiyyətdən daha çox, iqtisadi və sosial problemlərlə sürətləndirilən dezinteqrasiya prosesinin qurbanı olaraq daxildən partladı və hissələrə çilikləndi. SSRİ-nin taleyi bir alimin bu haqda sərrast fikrinin təsdiqi oldu:
    “İmperiyalar əsas etibarilə qeyri-sabitdirlər, çünki ona tabe olan elementlər demək olar ki, həmişə daha yüksək muxtariyyətə üstünlük verirlər və belə elementlərin kontrelitaları fürsət düşəndə daha çox muxtariyyət əldə etmək istiqamətində addımlar atırlar. Bu mənada imperiyalar dağılmırlar; belə demək daha doğru olardı ki, onlar hissələrə sökülürlər və bu, adətən, cox yavaş-yavaş, hərçənd bəzən qeyri-adi sürətlə də baş verir
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Rusiya isə əksinə, Mərkəzi Avropadakı vassallarının əksəriyyətində mədəni cəhətdən nifrət oyadır və bundan da artıq nifrəti özünün əsas və getdikcə daha çox ipə-sapa yatmayan Şərqdəki müttəfiqi – Çin tərəfdən qazanırdı. Rus hökmranlığı Mərkəzi Avropanın nümayəndələri üçün onların fəlsəfi və mədəni cəhətdən öz evləri hesab etdikləri mühitdən – Qərbi Avropadan və onun xristianlıqla bağlı dini ənənələrindən təcrid olunmaq demək idi; daha pis olanı o idi ki, bu, Mərkəzi Avropa əhalisinin, bir çox hallarda ədalətsiz olaraq, mədəni inkişaf cəhətdən özündən aşağı hesab etdiyi xalqın hökmranlığı demək idi.
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Mədəniyyətlə bağlı təzahürlər də son nəticəyə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Amerikanın rəhbərlik etdiyi koalisiya daxilində böyük əksəriyyət ABŞ-ın siyasi və sosial mədəniyyətinin əksər atributlarını müsbət hal kimi qəbul edirdi. Birləşmiş Ştatların Avrasiya kontinentinin Qərb və Şərq periferiyalarında iki ən mühüm müttəfiqi olan Almaniya və Yaponiya öz iqtisadiyyatlarını Amerikadan gələn hər şeyə demək olar cilovlanmayan məftunluq kontekstində bərpa etmişdilər. Amerika geniş miqyasda gələcəyin təmsilçisi, heyran və nümunə olmağa layiq cəmiyyət kimi qəbul olunurdu.
    Misir Məmmədlisitat gətirir6 il öncə
    Sovetlərin hərbi gücü və onun Qərbin nümayəndələrinə təlqin etdiyi qorxu rəqiblər arasında mövcud olan əhəmiyyətli assimmetriyanı uzun müddət ərzində faktiki olaraq gizlədirmiş. Amerika qat-qat zəngin idi, texnologiyaların inkişafı sahəsində çox-çox irəli çıxmışdı, hərbi sahədə daha çevik və qabaqcıl, sosial sahədə daha yaradıcı və cəlbedici idi. İdeoloji səciyyəli məhdudiyyətlər isə Sovet İttifaqının yaradıcı potensialını məhv edərək bütün sistemin getdikcə daha da sümükləşməsinə, iqtisadiyyatının daha bədxərc olmasına və elmi-texniki planda rəqabət qabiliyyətini itirməsinə səbəb olurdu. Dinc yarışın gedişində tərəzinin gözü Amerikanın xeyrinə dəyişməli idi.
    Misir Məmmədlisitat gətirir6 il öncə
    daha mütəhərrik demokratik koalisiya ilə müqayisədə kommunist düşərgəsi ierarxik və doqmatik, eyni zamanda da kövrək xarakterli idi. Birinci blokun ümumi dəyərləri var idi, lakin formal doktrinası yox idi. İkinci blok isə doqmatik ortodoksal yanaşmaya istinad etdiyi halda, öz mövqeyinin interpretasiyası üçün yalnız bir sanballı mərkəzə malik idi. Birləşmiş Ştatların əsas müttəfiqləri Amerikanın özündən əhəmiyyəli dərəcədə zəif olduqları halda, Sovet İttifaqı Çin ilə özünə tabe olan dövlət kimi davrana bilmirdi. Hadisələrin sonu həm də ona görə belə nəticələndi ki, amerikan tərəfinin iqtisadi və texnoloji cəhətdən daha dinamik olduğu öz təsdiqini tapdığı halda, Sovet İttifaqı yavaş-yavaş staqnasiya mərhələsinə daxil olur və həm iqtisadi yüksəliş, həm də hərbi texnologiya sahəsində effektiv rəqabət apara bilmirdi. İqtisadi tənəzzül öz növbəsində ideoloji ruh düşkünlüyünü gücləndirirdi.
    b0542456110sitat gətirir5 ay öncə
    Yosidanın doktrinası bəyan edir: 1) Yaponiyanın əsas məqsədi iqtisadi inkişaf olmalıdır; 2) Yaponiya yüngül silahlanmalı və beynəlxalq münaqişələrdən qaçmalıdır; 3) Yaponiya Birləşmiş Ştatların siyasi rəhbərliyi arxasınca getməli və Birləşmiş Ştatlardan hərbi müdafiəni qəbul etməlidir; 4) Yapon diplomatiyası ideologiyasız olmalı və birinci dərəcəli diqqəti beynəlxalq əməkdaşlığa yönəltməlidir.
    b0542456110sitat gətirir5 ay öncə
    Yosidanın doktrinası bəyan edir: 1) Yaponiyanın əsas məqsədi iqtisadi inkişaf olmalıdır; 2) Yaponiya yüngül silahlanmalı və beynəlxalq münaqişələrdən qaçmalıdır; 3) Yaponiya Birləşmiş Ştatların siyasi rəhbərliyi arxasınca getməli və Birləşmiş
    b0542456110sitat gətirir5 ay öncə
    Mədəni aşınma, siyasi cəhətdən bölünmə və maliyyə inflyasiyası —
    Ragsana Mehdiyevasitat gətirir9 ay öncə
    Birinci blokun ümumi dəyərləri var idi, lakin formal doktrinası
    Ragsana Mehdiyevasitat gətirir9 ay öncə
    Birinci blokun ümumi dəyərləri var idi, lakin formal doktrinası
    Ragsana Mehdiyevasitat gətirir9 ay öncə
    aha mütəhərrik demokratik koalisiya ilə müqayisədə kommunist düşərgəsi ierarxik və doqmatik, eyni zamanda da kövrək xarakterli idi.
    Ragsana Mehdiyevasitat gətirir9 ay öncə
    Siyasi həyat qabiliyyəti, ideoloji çeviklik, iqtisadiyyatın dinamikliyi və mədəniyyətin cəlbediciliyi
    Ragsana Mehdiyevasitat gətirir9 ay öncə
    qələbənin qaçılmaz olduğu fikrini möhkəmləndirən tarixi optimizm ruhlu çağırışlarını bütün dünyaya yayırdı.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl