az
Con Apdayk

Terrorçu

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir? On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı? On bir yaşından imamı — Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı? Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı? On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan ­çəkindirmək? Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının “baş qəhrəmanı” müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu? “Quran”da təsvir edilən hadisələr və öyüd-nəsihətlər “Tövrat”dakından, “İncil”dəkindən çoxmu fərqlənir? Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq — Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün? Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri? Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi “fərari” adlandırmayacaqlar ki? “Kommunistlər — beyinləri suya çəkib yaxalamaq istəyirdilər; bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər”. Bəs bu “bizimkilər” kimlərdir? Qayda-qanuna nifrət — azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir… Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?
This book is currently unavailable
428 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Ilqar Abbaszadeshared an impression8 years ago
    👍Worth reading

    Ilqar

  • b1876791205shared an impression8 years ago
    🌴Beach Bag Book
    😄LOLZ

Quotes

  • b5394919769has quoted8 years ago
    Bu dünyadan baş açmaq çətindir, – oğlan düşünür, – şeytanlar içində hədsiz səylə işləyir, hər şeyi korlayıb dolaşıq salır, adamı çaş-baş qoyur”.
  • Rüstəmov Rəşadhas quoted4 years ago
    Arvadı Bet, balina kimi piyli və hərarətli bu qadın yanında uzanıb ağır nəfəs alır; fasiləsiz xorultusu ilə şüursuz da olsa, gündüzkü monoloqunu davam etdirir, yuxuda da cəfəngiyat püskürür. Cek qəzəbini boğaraq onu dizi ilə, dirsəyi ilə dümsükləyəndə, yaxud yuxarı qalxmış gecə köynəyinin altından pırtlayıb çıxan çılpaq ombasını əlləşdirəndə, qadın itaətkarlıqla səsini kəsir, onda da kişi qorxur ki, andını pozaraq arvadını oyadar – heç nəyə baxmayaraq, birlikdə yatmağa qərar verən istənilən cütlük qabaqlar bu cür and içərdi.
  • b5100845609has quoted6 years ago
    Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir...

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)