Bu kitabdan sitatlar: «Xatirələr», Fərəh Pəhləvi

Eyni şəkildə minlərlə qadın edam edildi, aralarından bakirə olanlara edamdan əvvəl təcavüz olundu, çünki dini mətnlər bakirələrin həqiqətən cənnətə gedəcəyini yazır. (Əlavə: Şahlıq rejimi dövründə İrandakı vəziyyət).
III. Ailə sahəsində görülənlər
A) Ailəni mühafizə qanunu qadınların kişilərlə eyni əsaslarda və eyni şərtlərdə boşanma tələb eləmək hüqu­qunu tanıdı; bu qanun uşaqların taleyi və aliment məsələlərindəki qərarları ailə ixtisas məhkəmələrinə tapşırdı; ata vəfat elədiyi zaman ananı qanuni olaraq, varis kimi qəbul elədi; çoxarvad­lılığı məhdudlaşdırıb, birinci arvadın uşaq doğmadığı və ya ağır xəstə olduğu vaxt, ancaq onun icazəsiylə kişinin ikinci arvad ala biləcəyini qanunla təsbit elədi. Tam bərabərlik olmasa da, həmin qanun bu gün hələ digər müsəlman ölkələrindəki qanunlardan mütərəqqidi.
V) Qanunla ərin icazəsi olarsa, hamiləliyin sona çat­dı­rıl­masına icazə verildi. Ərdə olmayan qadınlar da hamiləlik­lə­rinin səkkizinci həftəsindən əvvəl bunu tələb eləyə bilərdilər.
Bəzi axşamlar Nilə və uzaqlarda görünən ehramlara baxırdım və düşüncələrə dalırdım: “Hökmdarlar, valilər, gene­rallar burda olanda, bu küçəni, bu gözəl işığı, bu çayı gör­dülər, yaşadılar: ölməmişdən qabaq xəyanəti də gördülər. İndi burda olmaq növbəsi bizimdi, biz də vaxtımız çatanda, yox olub gedəcəyik, amma Nil hələ min illərlə axmaqda davam elə­yəcək”
Polis həbslərdə çox vaxt həddini aşırdı. İnkişaf elə­məkdə olan əksər ölkələrdə vəziyyət belədi, hamı əlindəki gücü istismar eləməyə çalışır.
Ərim uşaqlığında İranın xarici qüvvələrin iqtisadi və siyasi təzyiqi altında qaldığının şahidi olmuşdu. Bu qüvvələrin başında ölkəmizdə istədiyi kimi at oynadıb, neftimizi istismar eləyən İngiltərə gəlirdi.
II. İş sahəsində həyata keçirilənlər
A) İranlı Qadınlar Təşkilatı və Əmək naziri əl-ələ verib, xüsusi proqramlar hazırladılar. Bu proqramlarda nəzərdə tutulan özünü inkişaf etdirmə kursları sayəsində qadınlar keyfiyyətli və yarıkeyfiyyətli peşədən istifadə eləyən sektorlarda daha yaxşı şərtlərlə çalışma imkanı qazandılar.
B) Cinsiyyət ayrılığı salan qanunların aradan götürül­məsi üçün bütün qanunlar gözdən keçirildi. Hökumətin əməklə bağlı hazırladığı bütün təlimatlarında və qəbul edilən qərarlarda «yaxşı işə yaxşı şərait» prinsipi gözləndi.
S) İşləyən analara arzusundan asılı olaraq, uşaqları üç yaşına çatana qədər yarım iş günü işləməyə icazə verən yeni qanun qəbul edildi. Müavinət və təqaüd hesablamalarında yarım iş günündən ibarət olan üç il bir ilə bərabər tutulacaqdı.
D) Fabriklərdə və ya iş yerlərinin yaxınlığında uşaqlara baxılması üçün stasionar müəssisələr yaradılması qanunla məcburi hesab edildi. Bu qanunun qəbul olunmasından iki ildən az müddət ərzində İQT-nin və bir çox nazirin ortaq səyləriylə bu müəssisələrdəki güzəştlərdən məsələylə bağlı bütün uşaqların təxminən üçdə birinin faydalanması təmin edildi.
E) Doğum icazəsi genişləndirildi, hamiləliyinin yeddinci ayından sonra hər qadının tam maaşla icazəli sayılması mümkün oldu.
F) Hökumətin işləyənlərə veriləcək müavinət, yardım fondu və oxşar üstünlüklərlə bağlı qəbul elədiyi qərarlar gözdən keçirilib, hər cür cinsi ayrıseçkiliyin qarşısı alındı.
I. Təhsil sahəsində görülən işlər
A) Qadınlarla bağlı oxumaq-yazmaq kampaniyasına üstünlük verildi. Bu kampaniyada «minlərlə qadından ibarət müəllim ordusu»na tapşırıq verilməsi xüsusilə, təsirli oldu.
V) İbtidai məktəb yaşına çatmış qız uşaqlarının mək­tə­bə getmələrini və hər yerdə pulsuz olan təhsilin verdiyi üstün­lüklərdən faydalanmalarını təbliğ eləmək üçün səylər göstərdi.
S) Universitet müstəvisində gənc qızların texniki və fənn sahələrində təhsil almaları üçün xüsusi kurslarla yardım göstərib, təşviq edildilər.
Ənənəvi olaraq, qadınlar üçün qapalı olan peşə sahələrinə, ya da texniki sahələrə qız tələbələrin girmələrini həvəsləndirmək üçün bu məktəblərə qəbul ediləcək, ya da könüllü tələbələr üçün fond ayrılmış, seçim haqqından istifadə edilməsi təmin olunmuşdu.
Universitetdəki bütün tələbələrin üçdə birini qız tələ­bə­lər təşkil eləyirdi. İslam İnqilabından qabaqkı il tibb fakül­tələrinə girmək üçün imtahandan uğurla çıxmış tələbələrin çoxu qızlarıydı.
D) Qadın araşdırmaları proqramı İQT üzvlərindən və Tehrandakı fakültələrin, milli universitetlərin müəllim­lərin­dən təşkil olunan qarışıq heyətlər tərəfindən yaradılmışdı.
İran güclü və nüfuzlu bir ölkəydi, bu vəziyyətə çatması asan olmamışdı. Ölkənin rifahı üçün səfərbər olan milyonlarla iranlının göstərdiyi cəhdə, hər sahədə qazanılan uğurlara şahlıq rejimindən sonra geniş miqyasda zərər vurulmuşdu.
İrandakı şahlıq rejimi dövründə sülhün və əmin-amanlığın hakim olduğu və dünyadakı bütün ölkələrlə yeni əlaqələr quran Bəsrə körfəzinin bu bölgəsi sonralar mühari­bəyə girib, xaosu yaşadı və bu gün beynəlxalq terrorizmi və dini fanatizmi bəsləyən bir mənbəyə çevrildi. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən dəhşətli terror aktından bəri artıq bütün dünya İrana qorxu və şübhəylə baxır.
1979-cu il yanvarın 4-də Amerika Prezidenti Cimmi Karter, Almaniya kansleri Helmut Şmidt, İngiltərənin baş naziri Ceyms Kallagen və Fransa prezidenti Valeri Jiskar d’Esten Qvadelupada toplaşmışdılar və İranda baş verəcək rejim dəyişikliyini qəbul eləməyi qərara almışdılar
bir gün kaset ortaya çıxdı; bu kasetdə Şah hərbi məsləhətçiləriylə apardığı yığıncaq vaxtı xalqa atəş açmaq və bundan başqa İsrail üçün əlavə neft ayırmaq əmrini verirdi. Bu kaseti mən özüm dinlədim: Şahın səsini mükəmməl şəkildə təqlid eləyən bir nəfər həmin cümlələri deyirdi, gerisi ərimin həqiqətən verdiyi rəsmi göstərişlərdən ibarətiydi. Kaseti ekspertizadan keçirilməsi üçün Amerikadakı labora­toriyaya göndərdik, montaj olduğu sübutlarıyla ortaya çıxanda, iş-işdən keçmişdi.)
Salamatbaxışın sui-qəsddən əvvəl arvadına müraciətlə yazdığı məktubun surətini gətirdilər. «Bunu Ayətullah Xomeyninin əmrini yerinə yetirmək üçün elədim və düz cənnətə gedəcəyəm, – yazırdı və əlavə eləyirdi: – Amma sən fikir eləmə, hurilərə baxmayacağam, səni o biri dünyada gözləyəcəyəm.»
Elə buna görə də Şah ölkəyə müraciətlə çıxış eləməyi qərara aldı; çıxışında ağlının səsini yox, qəlbinin səsini dinləyəcəkdi, çünki nümayişçilər ağlın səsinə qulaqlarını qapamışdılar. Şah son dərəcə təmkinli və təsirli çıxış elədi, hətta bəzi səhvlər buraxdığını da boynuna aldı. Bu çıxışdan sonra məndə xalqın başa düşəcəyinə və vəziyyəti anlayacağına inam oyanmışdı. Həqiqətdəsə, onun xalqa müraciəti dərhal gücsüzlük etirafı kimi yozuldu.
Oktyabr ayının ortalarında Abadan müəssisələrində işlə­yənlər tətilə başlamışdılar və o gündən etibarən sığındığı Neauphle – Chatean adlı Paris qərargahından Ayətullah Xomeyni artıq xalqı mülki itaətsizliyə və başlıca tətillərə çağırmağa başladı. Bu çağırış fransız mətbuat orqanları və BBC tərəfindən farsca yayımlanırdı. (Fransa hökuməti Xomeyninin sığınma tələbini qəbul eləməzdən əvvəl ərimlə danışmış və o da bu din adamının Fransada, Liviyada və Əlcəzairdəkindən daha az zərərli olacağını düşünüb – müsbət cavab vermişdi.) İngilis radiosu onun bütün xəbərdarlıqlarını yayımlamaq üçün böyük cəhd göstərirdi. Elə Neauphle – le – Chatean qonağı da «BBC mənim səsimdi» deyib, bu həqiqəti qəbul eləyirdi. 1941-ci ildə eyni radio Şahın ölkədən getməsi üçün səkkiz ay kampaniya aparmışdı. Hökmdar da doğrudan, ölkəni tərk eləməyə məcbur olmuşdu, belə ki, bunu xatırlayan iranlılar 1978-ci ilin axırlarında belə deyirdilər: «Əgər BBC Şaha qarşı kampaniya başlayırsa, rejimin sonu yaxınlaşır.»
Əgər “Reks” kinoteatrı qısa qapanma nəticəsində yanmışdısa, bu yanğının da eyni araqarışdıranların işi olduğunu düşünmək üçün səbəb varıydı. Aparılan araşdırma həmin mülahizəni təsdiqlədi. Həmin yanğının təxribat-sabotaj məsələlərində ustalaşmış qrupun komanda üzvü, on doqquz yaşlı Cəmşid adlı bir gənc İraqa sığındı, daha sonra İslam İnqilabı rəhbərləri tərəfindən xilas edildi. Bu arada həmin qorxunc hadisənin rejimin üzərinə atılması adamları şahlıq rejiminə qarşı qaldırdı.
Şah sərbəstləşdirmə cəhdlərini sürətləndirməyə qərar verdi və 1978-ci il avqustun 5-də Konstitusiya günü münasibətiylə 1980-ci ilin yazında parlament seçkilərinə açıq şəkildə hər cür siyasi görüşləri olan adamların qatılacağını elan elədi. Şahın bu qərarı onların bütün arzularını boşa çıxaracaqdı; amma bu addım hökmdarın zəiflik nişanəsi kimi yozuldu və inqilabın rəhbərləri tərəfindən dərhal istismar edildi.
Hər sahədə ağlagəlməz irəliləyiş sezmişdik. Qarşı­mızdakı on-on beş il ərzində inkişaf eləmiş ölkələrin arasına daxil ola biləcəyimiz ümidi artıq həqiqətə çevriləcəkdi. Təhsil sahəsində oxuyub-yazanların faizi 1962-ci ildə 12 faizdən 70 faizə çatmışdı. Məktəblərin sayı 7900-dən 21900-ə artmışdı, beləcə, 1962-ci ildə məktəbə gedən uşaqların sayı bir milyona yaxın ikən, beş milyon uşağın təhsil alma imkanı təmiş olunmuşdu. Səhradakı iri şəhərlərdə səkkiz universitet, çoxlu ali məktəb və texniki məktəblər açılmışdı.
Bundan başqa, həmin islahat qanunuyla belə işlərin tamamilə yoluna qoyulması mümkün olmamışdı. Məsə­lən, hələ qüvvədə olan qanun qadının səfərə çıxması üçün eynilə həddi-buluğa çatmamış uşaq kimi, ərinin yazılı icazəsini almağını lazım bilirdi.
Çox uzun illərdən bəri ər hətta arvadına demədən onu boşamaq hüququnu özündə sax­la­yırdı. Artıq bundan belə, qadın da boşanma tələbi eləyə bilirdi, bununla yanaşı, qanun nəzəri olaraq, ər-arvanın problemlərini söyləyə biləcəkləri ailə məhkəmələri qurulmasını vacib sayırdı.
Kəndlilərin böyük bir qisminin nəzərində hələ görülən işlərin mənası yoxuydu. Kəndlərin çoxunda mollalar yeganə mənəvi rəhbər olmağı hələ də davam etdirirdilər və qadın hüquqlarını müdafiə eləyən müxtəlif dərnəklər tərəfindən dəstəklənən hökumətin başqa bir yanaşma təmin eləmək cəhdləri böyük maneələrlə qarşılaşırdı. Gənc qızlar məktəbə getmək istəyir, amma kişilər ayaqlarını sürüyürdülər
Bütün ölkələrdə bu vəziyyət tamamilə eynidi: bəzi nazirlər və dövlət məmurları ölkənin bir nömrəli şəxsiyyətini incitməkdən qorxduqları üçün hadisələrin yaxşı tərəfini çatdırıb, necə olursa-olsun, həqiqətləri gizlətməyi üstün tuturlar
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl