Kitablar
Volter

Əsərləri II

Böyük fransız maarifçi-filosofu, yazıçı, şair və dramaturqu
Volter özünün yaradıcılığı, habelə ictimai
fəaliyyəti ilə insanlığın tərəqqisinə xidmət etmiş böyük
mütəfəkkirlərdən biri sayılır, təsadüfi deyil ki, dahi
fransız yazıçısı Viktor Hüqo “XVIII yüzilliyin Volter
yüzilliyi olduğunu” deməklə bu böyük şəxsiyyətin gördüyü
işləri çox yüksək dəyərləndirmişdir. Bəlli olduğu
kimi, Volterin əsərləri Azərbaycan oxucusuna çox az tanışdır.
Yaranmış bu boşluğu az da olsa, doldura bilmək
üçün böyük mütəfəkkirin əsərlərini anadilli oxucularımızın
diqqətinə çatdırmağı faydalı sayırıq. Təqdim etdiyimiz
ikinci cilddə Volterin sırf fəlsəfi yaradıcılığından
örnəklər verilmişdir.
348 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Rusisho Murazakitəəssüratları paylaş4 il öncə

    Adam çirkli pul əməliyatları etməklə kapital yığsada bütün moşenniklər kimi “həqiqət carçısı”, “dürüst” kimi qələmə verib özünü. Bütün problemlərdə dini, dindarları, Allahı günahlandırsada ölüm ayağındakı ikən dinsizlikdən qorxmuş və rahib çağırmış. Nitçşe ilə müqayisədə yazı üslubu çox sadə və başa düşüləndi. Fikrini qəliz terminlərlə deyil sadə xalq dili ilə izah etməyi bacarıb.

Sitatlar

    Fexri Hacizadesitat gətirir2 il öncə
    Misalçün, o vaxtlar Sezar Avqusta belə deyərdilər: “Mən səni sevirəm, səndən umuram, səni alqışlayıram”; deyilənə görə, kimsə Sezara “möhtərəm cənab” de­yəndə o, əməlli-başlı özündən çıxırmış. Ancaq çox-çox sonradan insanlar bir-birinə “sən” demək yerinə, “siz” deməyə başladılar, elə bil çağırdıqları adamın altında ondan başqaları da varmış, sonra da başladılar yekəbaşlıqla özlərinə “ali həzrətləri”, “zati-aliləri”, “həşəmətli cənabınız” kimi titullar uydurmağa
    b9210203119sitat gətirir2 ay öncə
    – Yazıqlar olsun! – mən dedim, – inkvizisiya olan ölkələrdə sizi tonqala atıb yandırardılar, ay yazıq... Tanrını sevirsinizsə, gəlin mən sizi xaç suyuna salıb xristian eləyim!
    – Sənin ürəyin bununla toxtaqlıq tapacaqsa, – qoca ciddi bir görünüşlə dilləndi, – biz kvakerlər hamılıqla bunu edərdik; biz başqalarının xaç suyuna salınma ayini keçirməsinə pis baxmırıq, ancaq, bizim düşün­cəmizə görə, kimsə dinin mütləq müqəddəsliyi ilə ruha­niliyinə ürəkdən bağlıdırsa, o gərək bu sayağı yəhudi ayinlərindən əl çəksin.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl