az
Reshad Mecid

Qelemsiz Yazilanlar

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” silsiləsində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan “Status-esselər” müəllifin çoxillik təcrübəsinin, müşahidələrinin, gündəmə iti, bir az ironik, bir az da yumoristik reaksiyasının əksidir. On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur. Bu statuslarda şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada özü gündəm yaradan baş redaktor Rəşad Məcidin hadisələrə operativ münasibəti də… Eyni zamanda, aforizm səviyyəsində qəbul edilən fikirlər də bu silsilənin daha bir uğurudur. “Qələmsiz yazılanlar” həm bütöv bir xarakteri ifadə edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən keçən hadisələrin xronikası. Silsilənin ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranır. “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları da. İnsan ovqatının təzadlı məqamları — xoş­bəxtlik, səadət, küskünlük, inciklik… “Sms-esselər”in ruhuna hopub. Bir sözlə, “Qələmsiz yazılanlar” birnəfəsə oxunur, amma hər cümlə, hər fikir xeyli düşündürür — qələm olmayan zamandan bu günə kimi bütöv insanlıq tarixi haqqında düşündürür…
This book is currently unavailable
205 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎
fb2epub
Drag & drop your files (not more than 5 at once)