… Boş mənzildə meyit tapılır. Bu, Amerika vətəndaşı İnok
Drebberin meyitidir. Məşhur xəfiyyə-məsləhətçi Şerlok
Holms öz “həmkarları” polismenlər Lestreyd və Qreqsona
nisbətən bu ölüm hadisəsinin səbəbini tez aşkar edir və belə
qənaətə gəlir ki, İnok Drebberin ölümünə səbəb — zəhərdir.
Meyitin cibindən “C.H. Avropadadır” teleqramı, cinayət
baş vermiş yerdə isə nişan üzüyü tapılmışdı. Divarda qanla
“RACHE” (almanca “qisas” deməkdir) müraciət həkk
olunmuşdu. Eyni zamanda, mehmanxana nömrəsində İnok
Drebberin katibi Cozef Stencersonun bıçaqla qətlə yetirilmiş
meyiti və iki həb aşkar olunur. Şerlok Holmsun tədqiqatı
nəticəsində məlum olur ki, həblərdən biri zərərsiz, ikincisi
isə zəhərlidir.
Sonra məlum olur ki, “Al-qırmızı etüd” romanındakı bütün
həyəcanlı, cəlbedici, kriminal hadisələrin kökünü 30 il
əvvəldən axtarmaq lazımdır…