Həmişəki kimi, yenə düşüncəli idi. Akvariumun qarşısında durub, balıqları seyr edirdi. Yaraşıqlı, balaca balıqların bu balaca məkanlarında cəldliklə üzərək yem axtarması, onların həyat eşqinin yüksək olması beyninin yaxşı işləməsinə, hər iki beyin yarımkürələrinin eyni anda siqnal ötürməsinə yardımçı olurdu.