Bu kitab barədə təəssüratlar: «Heyrət və qorxu», Amélie Nothomb

Lacivərd Məmmədova
Lacivərd Məmmədovatəəssüratları paylaş7 ay öncə
👎Tövsiyə etmirəm

Diqqət! Qəzəbli şərh.
Bu günlərdə Azərbaycanca oxu adlı qrup gördüm və niyə çoxdandır öz dilimizdə oxumuram deyə təəccübləndim. Qarşıma çıxan bu kitabın müəllifi ilə tanışlığımın olması kitabın səviyyəsi barədə narahat olmamağa əsas verirdi. Qeyd etməliyəm ki, xanım Notomb ölkəsində olduqca populyardır, mükafatlara və hətta titula da sahibdir.
1. Əvvəl oxuduğum kitabında ("Yaponiyalı gəlin") iki mədəniyyət arasında fərq çox gözəl təsvir edilmişdi. Avtobioqrafik sayılan bu kitab da xanımın Tokio macəralarındandır. Bəyənmədim. Özdə heç. Necə dəxlisiz mübarizədir, belə şəraitdə neçə belə davranmaq olar?!
2. Keçək tərcüməyə. Heç bir iradım yoxdur. Tərcümə yaxşıdır. Kitabın özünün pis olmasının tərcüməyə heç bir aidiyyatı yoxdur.
3. Məni özümdən çıxardan yeganə səbəb. Bu yerdə kitabın sujetinə də göz yumuram. Kitabın redaktəsi! Bu kitabı heç kim oxumayıb??? Kitabın redaktoru hara baxır? Bir insan övladı bunu niyə vərəqləməyib? Sanki, tərcüməçi cızma-qarasını təqdim edib, o cür də kitab buraxılıb. Çünki, olan yazılı qrammatik səhvləri ancaq bu cür izah edə bilərəm. O vərəqə baxmadan çap edirsiniz ha, təsadüfən klaviaturada qoşa hərflər düşür, şrifti səhv salırsınız, dili dəyişmək yadınızdan çıxır və s. Yəni bütün səhvlər belədir. Ləhçəli sözlərə isə ümumiyyətlə dəymirəm. Mənim məktəbi bitirməyimdən xeyli keçib və qrammatikamızın dəyişikliklərə uğradığını bilirəm, amma çətin ki bu qədər olsun. Kitab elektron deyil, yazılı formatda olsa idi, böyük məmnuniyyətlə səhvləri qırmızılayıb geri qaytarardım, təmənnasız. Əziyyətinizə heyfiniz gəlsin. Etməyin belə.

Nura Nur
Nura Nurtəəssüratları paylaş2 il öncə
👍Tövsiyə edirəm
💞Romantik kitabdır
🚀Ayrılmaq olmur
😄Əyləncəlidir

Qrammatik sehvler cox olsa da maraqli idi,ustelik qefl bitir ele bil.

b3676743166
b3676743166təəssüratları paylaş3 il öncə
💤Darixdirici

Adi heyatdan bir parca....

Mir Ismail Ali
Mir Ismail Alitəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm

Gunel Najafova
Gunel Najafovatəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır

b5919303990
b5919303990təəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl