Daniel Keyes

Elcernon üçün çiçəklər

    Faduniyatəəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    🎯Faydalı kitabdır
    🐼Rəhmli

    Nə böyük kədərlə bitirdim kitabı... Hər kəsə tövsiyyə edirəm. Oxuduqdan sonra, bəlkə də , çox şey haqda bir daha düşünəcəksiniz...
    Kitab elə yazılıb ki, oxucunun Çarlinin düşündükləri haqda düşünməməsi , onun hisslərini hiss etməməsi sadəcə mümkünsüzdür.

    -Niyə hamı insana çevrilməyə başladığımı üzümə vurur ? Mən həmişə, cərrahın bıçağı altına düşməmişdən qabaq da insan idim... Mən insanam... Sevməliyəm.

    -Əvvəl məndən axmaqlıq və səfehliyə görə zəhlələri gedirdi , indi isə ağıl və biliyə görə nifrət edirlər. Allahım, bunlar məndən nə istəyir ?

    -Xatirələr fotolar olsaydı nə yaxşı olardı. Onları cıra bilərdim.

    -İnsani hisslərdən mərhum çılpaq biliklər bir qara qəpiyə dəyməz.

    -Çarli beynimin pərdəsini aralamğımı istəmir, onun arxasında nə gizləndiyini bilmək istəmir. Yəni , o,Tanrını görməkdən qorxur ? Yoxsa heç nə görməyəcəyindən qorxur ?

    M.Vəlizadətəəssüratları paylaş2 il öncə
    👍Tövsiyə edirəm
    🚀Ayrılmaq olmur
    💧Gözdən yaş gələnədək

    Düzünü deyim,ilk öncə Elcornonun qız olduğunu düşünmüşdüm. Sonra siçovul olduğunu öyrəndim. Bu hissəsi güldürmüşdü məni. Amma oxuduqca çox təsirləndim. Doğurdan da keçmişini unutmaq,ailəndən uzaqda tək qalmaq çox kədərlidi.

    Anar Məmmədovtəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm

    Ela kitabdır kitabın üzün maraqsız hesab edib oxumaqdan imtina edenleredir sözüm. Bu kitabı oxusanız kitabda olan qehramanın yerinde hiss edeceksiniz özünüzü. Hele bir yeri var orasın demirem

    RaNa Quliyevatəəssüratları paylaş6 ay öncə
    💧Gözdən yaş gələnədək

    Mən onu sevirəm.
    Özümü guya məhəbbətin nə demək olduğunu bilirmiş kimi göstərməyəcəyəm, ancaq baş verənlər seksdən ötə
    bir şey idi. Biz bir-birimizi sevirdik. Gecə sakit gündüzü tədricən
    əvəzlədi. Mən Alisayla yanaşı uzanıb fiziki sevginin necə
    mühüm olması, bir-birimizi qucaqlamağımızın, qarşılıqlı
    nəvazişlərin necə zəruri olduğu haqda düşünürdüm.
    Kainat genişlənir, onun hər bir hissəciyi digərindən
    uzaqlaşaraq, bizi fəzanın qaranlıq və sərhədsiz
    tənhalığına ataraq, uşağı anadan, dostu dostdan ayıraraq,
    hər kəsi öz cığınyla vahid hədəfə - ölümə və tənhalığa
    yönəldir.
    Sevgi bu dəhşətə ziddir, sevgi bütövləşmə və qorunma
    aktıdır. İnsanlar fırtına zamanı dənizə düşməmək üçün əl-
    ələ tutduqları kimi, bədənlərimizin birləşməsi də bizi
    boşluğa yuvarlanmaqdan saxlayan zəncirin bir halqasıdır.Hər şey necə də sadəydi! Həm də
    qəribəydi...
    Dirsəklənib Alisanın qapalı gözlərindən öpdüm.
    Artıq o mənim haqqımda hər şeyi bilir, həm də uzun
    müddət birlikdə olmayacağımızı da. O mənim istədiyim
    anda getməyə razıdır. Bu haqda düşünmək ağırdır, ancaq
    bizim əldə etdiklərimiz insanların əksəriyyətinin bütün
    ömürləri boyu əldə etdiklərindən çoxdur.

    Ruslan Rüstəmzadətəəssüratları paylaş10 ay öncə
    👍Tövsiyə edirəm
    🎯Faydalı kitabdır
    💧Gözdən yaş gələnədək

    😔

    Naz Alitəəssüratları paylaş2 il öncə

    hec bir yazi qaydasina emel olunmayib.. oxuya bilmedim😒😒

    Rabia Mammadzadatəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm

    Çox bəyəndim. Çarlinin başına gələnlər maraqlı, əyləncəli həm də kədərli idi. :)

    Sevil Məmmədlitəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm

    Bu kitabı oxuduqdan sonra əvvəlki kimi olmaq mümkün deyil, məncə. İçində həm gülüş, həm də dərin kədər doğuran sarsıdıcı həqiqətlər var.

    Çiçək Xanımtəəssüratları paylaş2 il öncə
    👍Tövsiyə edirəm

    Məhz bu mövzuda oxuduğum ilk əsər idi. Bizim kimi olmayan insanların hissləri.Müxtəlif hisslər yaşadır. Çarli 2müxtəlif insan olur,kəmağıl və dahi.hər iki halda keçirdiyi hisslər təsvir olunur və bu hissləri biz də dərinləşməsinə yaşayırıq)Çarli heç bir halda xoşbəxt insan ola bilmir. Hər iki halda Alisa ilə aralarında böyük fərq olur. Və insanın insani hisslərini itirməməsi də məncə ön plana çəkilir,"insani hisslərdən mərhum çılpaq bilik qara qəpiyə də dəyməz". Həmçinin onlarla şəxsiyyət kimi davranmalı olduğumuz, şəxsiyyət olduqlarını unutmamağımız,o halı ilə belə çox "ağıllı"lardan daha ağıllı olduğu..bu kimi dərk etməli olduğumuz fikirlər var. Təkcə yaxşı bir roman kimi yadda qalmamalıdır. Psixoloq kimi danışır oxucuya həm də. Və belə halların adi olduğu bir dövrü nəzərə alsaq..

    Şəfiqə Babayevatəəssüratları paylaş2 il öncə

    Oxuduğum ən təsirli kitablardan biri

    Nergiztəəssüratları paylaş3 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💧Gözdən yaş gələnədək

    👍

    b4833913510təəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm

    Cox ela bir kitabdi.hamiya tövsiye ederdim

    Amina Mamedovatəəssüratları paylaş10 ay öncə
    👍Tövsiyə edirəm
    🎯Faydalı kitabdır
    🚀Ayrılmaq olmur

    latifahtəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm
    💞Romantik kitabdır

    Gunel Najafovatəəssüratları paylaş2 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Elçin Amirovtəəssüratları paylaş3 il öncə
    👍Tövsiyə edirəm
    🚀Ayrılmaq olmur
    💧Gözdən yaş gələnədək

    Gunel SAMADLItəəssüratları paylaş7 ay öncə
    👍Tövsiyə edirəm

    gunaytəəssüratları paylaş7 ay öncə
    👍Tövsiyə edirəm

    ahmadovaelmtəəssüratları paylaş9 ay öncə
    💡Idraki kitabdır

    iranaquluzadetəəssüratları paylaşkeçən il
    💡Idraki kitabdır

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl