Bu kitabdan sitatlar: «Dünya xalqlarının atalar sözləri», Ayaz Vəfalı

Aslan göy gurultusuna cavab verər, çaqqal ulaşmasına yox.
Varlı olub biabır olmaqdan, kasıb olub hörmətli olmaq yaxşıdır.
Ağıl danışanda çox söz gərək deyil.
Müdrik adam biliyinə görə tanınar, nəslinə görə yox.
Kirpik də yaxındadır, amma görə bilmirsən.
Dəvəquşuna deyirlər: «Yük apar», – deyir: «Mən quşam»; deyirlər: «Uç», – deyir: «Mən dəvəyəm».
Köpək xəstə olanda çaqqallar damda oynaşar.
Qəssab duranda onun yerini it tutar.
Arvadı gözlə yox, qulaqla seç.
İyirmisində — gözəl, otuzunda – güclü, qırxında – ağıllı və əllisində varlı olmayandan heç nə gözləmə
Ürək hər şeydən bərk qızar, hər şeydən tez soyuyar.
Varlı borcunu pulla ödəyir, kasıb – öz dərisiylə.
Güclü göy gurultusundan sonra güclü yağış olmur.
Tebriz LT
Tebriz LTsitat gətirir3 il öncə
Kimə «ağa» deyirsən, səni özünə «qul» bilir.
Yaxşı gün dostları verir, yaman gün də onları yoxlayır
Məsləhət vermək kömək eləməkdən asandır.
Bal olsa, milçək Bağdaddan gələr.
Qarışqanı ayağa qoy, başa çıxacaq.
Öz fikrini gizləyə bilməyəndən hökmdar olmaz.
Anar Ehmed
Anar Ehmedsitat gətirir3 il öncə
İlan qabığını dəyişər, ürəyini yox.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl