Əsərləri Altı cilddə I cild, Məhəmməd Füzuli
Kitablar
Məhəmməd Füzuli

Əsərləri Altı cilddə I cild

Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir.
Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar.
Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi…
Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir…
“Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır…
197 kağız səhifələr

Təəssüratlar

Hecer Abdullayeva
Hecer Abdullayevatəəssüratları paylaş4 il öncə
🔮Müdrik kitabdır

????????

b2070326314
b2070326314təəssüratları paylaşkeçən il
🔮Müdrik kitabdır

Lmy
Lmytəəssüratları paylaş4 il öncə
👍Tövsiyə edirəm

Sitatlar

Xuraman Memmedova
Xuraman Memmedovasitat gətirir2 il öncə
Çıxma yarım gecələr, əğyar tə’nindən saqın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Rəflərdə

Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 468
Azərbaycan şairləri, Bookmate
Azərbaycan ədəbiyyatı, günel
Sevimli müəlliflər, Külək
Azərbaycan ədəbiyyatı, şəms.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl