Kitablar
Orhan Pamuk

Qar

Orxan Pamuk «Qar» romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla göstərə bilmişdir. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında özünə yer almışdı. On iki ildir Almaniyada sürgün həyatı yaşayan şair Ka Türkiyəyə qayıdandan dörd gün sonra bir reportaj üçün Qars şəhərinə gedər. Ağır-ağır, həzin-həzin yağan qarın altında bu şəhəri qarış-qarış gəzərək Qars sakinləriylə yaxından tanış olur. Qarsda ağzına qədər işsizlərlə dolu çayxanalar, qastrola gələn səyyah teatr qrupu, intihar edən, hicab müqaviməti göstərən qızlar, müxtəlif siyasi qruplar, şayiələr, “Qarpalas” otelinin sahibkarı Turqut bəylə qızları İpəklə Qədifə və eyni zamanda Ka üçün bir sevgi, xoşbəxtlik ümidi var.
474 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    heyrantəəssüratları paylaş6 il öncə

    Ne deyim,cox uzundur

    b6666906393təəssüratları paylaş3 gün öncə
    👍Tövsiyə edirəm

    ƏLLAA

    ИМАН Исаковtəəssüratları paylaş2 ay öncə
    👍Tövsiyə edirəm

    Ne diyim çok uzundu

Sitatlar

    Vusala Mammadovasitat gətirir6 il öncə
    bədbəxtlik intihar etmək üçün köklü bir səbəb olsaydı, onda gərək Türkiyədə yaşayan qadınların yarısı intihar edərdi
    Vusala Mammadovasitat gətirir6 il öncə
    Məni Qars haqqında yazacağınız bir romana qoysanız, onlara demək istəyərdim ki, mənim haqqımda, bizim haqqımızda yazdıqlarınıza heç inanmasınlar. Heç kim uzaqdan-uzağa bizi başa düşə bilməz
    Vusala Mammadovasitat gətirir6 il öncə
    xoşbəxtliklə kifayətlənən heç vaxt xoşbəxt ola bilməz

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl