Gəlib çatanda onlar Puaro ilə qarşılaşdılar. Hava isti idi, ona görə də o, ağ parusindən tikilmiş kostyum geyinmişdi, döş cibindən isə kamelya çiçəyi sallanırdı.
– Bonjour43, madmazel! Mən çox ingilissayağı görünürəm, elə deyilmi?
– Siz çox gözəl görünürsünüz, – Ketrin nəzakətlə cavab verdi.