Bu kitabdan sitatlar: «1984», Corc Oruel

Fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü ÖLÜM deməkdir.
Əgər Partiya keçmişə əl uzadıb həqiqətən olmuş hadisənin heç zaman baş vermədiyini deyirsə, bu işgəncə və ölümdən də dəhşətli deyilmi?”
Heç kəs layiq bilindiyi cəzadan canını qurtara bilməz. Sadəcə, vaxtı bir az uzatmaq olar.
“ — Sənin ən qəddar düşmənin öz əsəb sistemindir!”
Hər şey qatı dumana bürünüb. Keçmiş lazım bilinməyən hər şeydən təmizlənib, təmizlənən nə varsa hamının yadından çıxıb, yalan həqiqətə çevrilib.
Dünyanı fəth etməyin mümkün olmadığını hamıdan yaxşı bilənlər buna hamıdan çox inanırlar.
Azadlıq iki üstə gəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq.
Lotereya onların sevinci, ümidi, dəliliyi, intellektual fəallıq mənbəyi idi
MÜHARİBƏ — SÜLHDÜR
AZADLIQ — KÖLƏLİKDİR
CƏHALƏT — QÜVVƏDİR
Romanın intellektual personajlarından olan Saymın dediyi kimi, “fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq —
Yaradıcılığında toxunduğu kəskin və qlobal problemlər Corc Oruellin yaradıcılığının və şəxsiyyətinin bu gün də dünya ictimai fikrinin mərkəzində qalmasında mühüm rol oynamışdır.
Elə hərəkətlər olur ki, onlardan sonra bir də heç zaman əvvəlki vəziyyətinə qayıda bilmirsən
Lakin hazırda hərbi və ticari rəqabətə heç bir ehtiyac qalmadığından xalq təhsilinin səviyyəsi getdikcə aşağı düşür. Kütlələrin hansı fikirdə olub-olmamalarının da artıq elə bir əhəmiyyəti qalmamışdır. Hətta indi onlara intellektual azadlıq da vermək olar. Çünki heç bir intellektləri yoxdur.
demək istədiyi mətləblər bu kitabda şərh olunmuşdu.
Parkdakı dəmir skamyada yanaşı oturdular. Yanaşı oturmuşdular, amma bir-birlərinə sıxılmamışdılar. Uinston Culiyanın danışmaq istədiyini hiss etdi. Qız kobud tufli geydiyi ayaqlarını qabağa uzadıb cütləmişdi. Uinston onun baldırlarının da xeyli ətləndiyini nəzərdən qaçırmadı.
— Mən səni ələ verdim, — deyə Culiya müqəddiməsiz sözə başladı.
— Mən də səni ələ verdim.
Culiya yenə ikrah dolu baxışları ilə onu süzdü.
— Bəzən adamı elə şeylə hədələyirdilər ki, tab gətirməyəcəyini bilirdin. Tab gətirmək nədir, fikirləşməyə də qorxurdun. O zaman deyirdin: “Bu oyunu mənim başıma açmayın, başqa adam seçin, filankəsi götürün!”. Sonra öz-özünə haqq qazandırmağa çalışırdın ki, bu yalnız bir oyundur, boş sözdür, sadəcə səndən əl çəkmələri üçün filan adamın adını çəkmisən, əslində isə ona heç bir pislik arzulamamısan. Lakin elə deyil. Həmin sözləri dediyin anda məhz elə olmasını istəyirsən. Fikirləşirsən ki, başqa yolla özünü xilas edə bilməyəcəksən. Odur ki, canını bu yolla qurtarmağa razı olursan. Səni gözləyən müsibəti başqasına rəva görürsən. Artıq onun əzabları sənin vecinə deyil. Həmin anda yalnız özünü düşünürsən.
— Yalnız özünü düşünürsən, — Uinston əks-səda kimi eyni sözləri təkrarladı.
— Sonra isə həmin adama daha əvvəlki hisslərlə yanaşa bilmirsən.
— Yox, — Uinston dedi. — Əvvəlki hisslərlə yanaşa bilmirsən.
Deyəsən, daha danışılası başqa sözləri yox idi. Külək nazik kombinezonlarını çırpıb əyinlərinə yapışdırırdı. Dinməz-söyləməz bir yerdə oturmaq ikisinə də çətin gəlirdi.
Şabalıd kölgəsində,
Sən məni ələ verdin,
Mən səni ələ verdim...
Culiyanın fikrincə, kiçik qaydalara əməl etmək böyük qaydaları pozmağa imkan yaradırdı.
mülklər, maşınlar — bir sözlə, hər şey onların əlindən alındı. Alınanlar artıq şəxsi əmlak deyildisə, deməli, ictimai əmlaka çevrilmişdi. İlkin Sosialist hərəkatı daxilindən yetişən, onun ibarələrini mənimsəyən İngsoc həqiqətən də sosialist proqramının əsas müddəasını həyata keçirdi. Təbii ki, buna əvvəlcədən nəzərdə tutduğu və can atdığı üsulla — iqtisadi qeyri-bərabərliyi cəmiyyətin daimi vəziyyətinə çevirmək yolu ilə nail oldu.
bütün proses kollektivləşdirmə şüarı altında aparılmışdı. Həmişə elə hesab edirdilər ki, kapitalistlərin varyoxları əllərindən alınsa, sosializm öz-özünə qurulacaq. Və sorğu-sualsız kapitalistlərin əmlakını müsadirə edirdilər. Fabriklər, şaxtalar, torpaqlar,
M.Vəlizadə
M.Vəlizadəsitat gətirirdünən
Fiziki faktları inkar etmək olmaz. Fəlsəfədə, dində, etikada, siyasətdə iki dəfə iki beşə bərabər ola bilər. Lakin təyyarə, yaxud tüfəng istehsalı zamanı iki dəfə iki mütləq dörd etməlidir. Qeyri-fəal millətlər gec, ya tez əsarət altına düşürlər.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl