Sevgi şeirləri, Musa Yaqub
Kitablar
Musa Yaqub

Sevgi şeirləri

Oxu
62 kağız səhifələr
  • 💞2
  • 👍1
Kitabda sevilən Azərbaycan şairi Musa Yaqubun müxtəlif zaman kəsiyində qələmə aldığı sevgi şeirləri toplanmışdır.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957–1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958–1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. Daha sonra 1967–1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almış, həmin illərdə də Buynuz kənd 8 illik məktəbinin müdiri vəzifəsində çalışıb.
Bakıya köçəndən sonra, 1974–1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsini icra edib.
Uzun müddət İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb.
Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub.
1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
M.F.Axundov adına mükafata layiq görülüb.
Təəssürat
Rəfə

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

  • 💞Romantik kitabdır2
  • 👍Tövsiyə edirəm1
Giriş və ya qeydiyyat
b3254642816
b3254642816təəssüratları paylaş2 il öncə
💞Romantik kitabdır

♥♥♥

sevincceferova9
sevincceferova9təəssüratları paylaş4 il öncə
💞Romantik kitabdır

Emin Allahvediyev
Emin Allahvediyevtəəssüratları paylaş4 il öncə
👍Tövsiyə edirəm

Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən allah, özünə öyrətmə məni,
Fatime
Fatimesitat gətirir2 il öncə
Səni görmək istəklərim çoxsa da,
Güman yerim, əlac yerim yoxsa da,
Sən gəlmədin, mən görmədim bu axşam.
Bir də gördüm qaralanda cığır, iz,
Bir də gördüm, əllərim də
Səhrada alışan yolçular kimi

Eləmədiklərim yandırar məni.

Bilmirəm kim idi üzdü barımı,

Uçurtdu əlimdən bir şikarımı,

Sonraya saxladım çox qərarımı,

Eləmədiklərim yandırar məni.

Yox, daha ömrümdə açılmaz o yaz,

Bir qanadım yorğun, birisi pərvaz.

Elədiklərimdən yaxam qurtarmaz,

Eləmədiklərim yandırar məni.

Fevral, 1981
Azərbaycanca kitablar, Nur
Azərbaycan ədəbiyyatı, günel
Nizami Gencevi, Nizami Gardashov
Nizami Gardashov
Nizami Gencevi
  • 6
  • 2
Sevgi, Nicat Memmedov
Nicat Memmedov
Sevgi
  • 3
  • 2
C....., Günay Kamilli
Günay Kamilli
C.....
  • 12
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl