Nargiz Quluzadeshared an impression6 years ago
👍Worth reading

Kitabı günlərdir bitirmişəm, amma hələ də kitab barədə düşünürəm. Yaxşı ki, bu kitabı bir neçə il əvvəl oxumamışam. Əminəm ki, tam fərqli qəbul edərdim. Yəqin ki, illər sonra yenidən oxuyanda da indikindən fərqli qəbul edəcəyəm. Özüm üçün yeni fikirlər kəşf etdim bu kitab vasitəsilə. Əvvəldən axıra kimi müxtəlif emosiyalar keçirdim qəhramanlarla birlikdə. Qoldmundun yaradıcı ruhu da, Narsisin nizamlı həyatı da mənə ruhən yaxındır. Müəllif əsərin sonunda Qoldmundu daha uca, üstün göstərir ki, haqlı səbəbi var. Qoldmund təhlükələrlə dolu həyat keçirib günaha batır, Narsis isə tərki-dünyalığa çəkilib özünü günahlardan qoruyur, hərçənd ona da asan olmur. Qoldmund cəsarətlidirsə, Narsis iradəlidir. Hər iki xüsusiyyət ancaq güclü insanlara məxsusdur, buna görə mən birini digərindən üstün tuta bilmədim. Bir neçə il sonra yenidən oxuyanda hansı fikirdə olacağım maraqlıdır :)

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)