kitabseverhas quoted7 years ago
mey şüşəsindən oxuyun,

Məşhər günü tapmaq məni sizə istəsəniz,

Meyxanədə axtarın məni, orda duyun!

7

İstər məni hicranla zavalda saxla,

İstər şad elə, zövqü vüsalda saxla,

Mən söyləmirəm sənə nə cür saxla məni,

Könlün necə istəyir o halda saxla!

8

Eşq əhli gərək həmişə rüsva olsun,

Divanəliyin məstü şeyda olsun,

Huşyarlıqda dərd çəkirik hər şeyə biz,

Məstkən deyirik: qoy nə olursa olsun.

9

Quran ki böyük, gözəl kəlamdır deyilir,

Az-az oxuyan olur onu hərdənbir,

Böyründə piyalənin bir ayət var ki,

Hər yerdə, həmişə dillərin əzbəridir.

10

İçmirsən əgər məstləri töhmətləmə sən,

Yüz qəlbi qəmə, dərdə salır hər fitnən,

Sən içməməyinlə fəxr edirsən, lakin

Yüz iş törədirsən daha pis içməkdən.

11

Mey cisminə qüvvət gətirir, canə qida,

Çox sirlərin üstünü mey açmaqda,

Yox bir tələbim nə bu, nə o dünyadan,

Yeydir mənə hər iki dünyadan da.

12

Könlüm, bu zəmanədən sən ehsan diləmə!

Dövrandan aman gözləmə, sahman diləmə!

Dərman diləsən, bir az da artar dərdin,

Dərdinlə barış, səbr elə, dərman diləmə!

13

Öpsəm ayağından sənin, ey şux dilbər,

Varkən ayağın, özgə ləbindən kim öpər?!

Əl məndən, ətək xəyalın olsun hər gün,

Gəzsəm, arasam vüsalın olsun gecələr.

14

İçsəm o qədər şərab ki, qəbrimdən onun,

Çıxsın qoxusu məzarımı doldursun,

Bir kefli gəlib torpağıma çatsa əgər,

Ordan saçılan qoxuyla tam məst olsun
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)