Vusala Mammadovahas quoted8 years ago
Allahlar aşıq-aşıq oynayırlar və heç soruşmurlar ki, biz onların oyununda iştirak etmək istəyirik, ya yox. Onların vecinə də deyil, sən arxada nə qoymusan – sevgili, ev, iş, karyera, arzu. Allahları maraqlandırmır ki, sənin həyatında hər şey öz yerindədir və sən istənilən arzunu iradə və zəhmətin sayəsində reallaşdırmağa qadirsən. Allahlar bizim ümidlərimizlə, planlarımızla hesablaşmırlar; Kainatın hansısa küncündə onlar aşıq-aşıq oynayırlar – və budur, təsadüfən seçim sənin üstünə düşür. Və o andan etibarən qələbə və ya məğlubiyyət – təsadüfün əlindədir.
Allahlar oyuna başlayanda Sevgini qəfəsindən buraxırlar. Bu qüvvə yaratmağa və ya dağıtmağa – onun azadlığa çıxdığı an küləyin hansı istiqamətdə əsməsindən asılı olaraq – qadirdir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)