bookmate game
az

Paulo Koelho

Paulo Koelyo — tanınmış Braziliya yazıçısı və şairi.

Ümumilikdə, Koelyonun müəllifi olduğu 30 kitab nəşr olunub. "Zəvvarlıq", "Valkiriyalar" və "Elif" əsərləri avtobioqrafik xarakter daşıyır. Digərləri isə müəllifin təxəyyülünə əsaslansa da, kökləri reallığa gedib çıxır. "Maktub" və "İşıq savaşçısının kitabı" əsərləri isə məqalələr, qəzet köşələri və seçilmiş öyrədici materialları özlərində toplayır. Ümumilikdə, Koelyonun kitabları 150 ölkədə 100 milyondan çox nüsxədə satılıb və onun əsərləri 71 dilə tərcümə edilib. O, bütün dövrlərin portuqal dilində ən çox satılan əsərlərin müəllifidir.
İndiyə qədər "Kimyagər", "On bir dəqiqə", "Rio-Pyedranın sahilində oturdum və ağladım", "Veronika ölməyə qərar verir", "Zahir", "Maktub", "İşıq savaşçısının kitabı", "Aldatmaq" əsərləri Azərbaycan dilinə tərcümə edilib. Mütəmadi olaraq aparılan statistik araşdırmalara əsasən, Azərbaycan dilində nəşr olunan kitablar uzun müddət satış həcminə görə onluqlarda ilk pillələrə çıxıb.
Paulo Koelyo həmçinin həftədə üç dəfə öz bloqunda qeydlər edir.
həyatı: 24 avqust 1947 hazırda

Kitablar

Sitatlar

Sevasitat gətirirkeçən il
Özünüzü hamı kimi olmağa məcbur edirsinizsə, hə. Belə etmək nevroz, psixoz və paranoya xəs­tə­liklərinə səbəb olur. Bu, təbiəti pozmaq, Yaradanın qanunlarının əksinə getmək deməkdir, çünki O, dünyanın heç bir meşə və cəngəlliklərində bir-birinə bənzəyən iki yarpaq belə yaratmamışdır. Ancaq siz düşünürsünüz ki, fərqli olmaq dəlilikdir,
Zulfiyya Zeynallisitat gətirirkeçən il
– Bəli, – deyə cavab gəldi. Lakin faciəvi xəbəri ve­rərkən aldığı zövq hissi indi həkimin üzündən ta­ma­milə yox olmuşdu.
Sevasitat gətirirkeçən il
Mənim özümü sev­məyi öyrənməyə ehtiyacım var; özümü inandırmalıyam ki, mən özüm qərar verməyə qadirəm. Özümün vermədiyim qərarları qəbul etməyə məcbur edi­lə bilmərəm.

Təəssüratlar

Cəfər M.təəssüratları paylaş9 ay öncə
🔮Müdrik kitabdır
💡Idraki kitabdır
🎯Faydalı kitabdır
👍Tövsiyə edirəm

Yazıçı kitabda öz xəyallarının ardınca gedən bir gəncin sərgüzəştlərini çox gözəl bir şəkildə kitaba yansıdıb. Gənc bir neçə yerdə öz yolundan geri dönməyi qərara alsada qəlbindəki o hissə qali gələ bilmir və "Öz Yolunu" tamamlayır. Kitabı çox bəyəndim bir dəfə oxusam da yenə də oxumağa razıyam. Tövsiyyə edirəm

  • əlçatan deyil
    Paulo Koelho
    Kimyagər
    • 2.4K
    • 807
    • 107
    • 118
  • b8125611861təəssüratları paylaşkeçən il
    💡Idraki kitabdır
    👍Tövsiyə edirəm

    Özünü inkişaf qədər əhəmiyyətli rola malikdir. Bəzi motivasiya kitabları kimi deyil əksinə qeyri-adi yanaşma tərzi var. Kitabın sonu isə gözlənilməzdir. Dərin mənası var , kitabı yalnız bitirəndə anlayırsınız) Mütləq ən azı hər kəsin bir dəfə oxumalı olduğu kitabdır)))

  • əlçatan deyil
    Paulo Koelho
    Kimyagər
    • 2.4K
    • 807
    • 107
    • 118
  • b6666906393təəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm

    OXUMAĞA DƏYƏR BİR KİTABDI

  • əlçatan deyil
    Paulo Koelho
    Kimyagər
    • 2.4K
    • 807
    • 107
    • 118
  • fb2epub
    Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl