Vusala Mammadovahas quoted8 years ago
Sənin kimi güclü olduğu qədər zərif hisslərə malik insanlar, — hər an vəcdə gələn, sevgi dolu, xəyalpərvər, şairanə, — demək olar ki, həmişə mütəfəkkirlərdən üstün olurlar. Sizi ana kökləri qidalandırır. Həyat öz qədəmlərini ayaqlarınız altına sərib; sizə sevgi gücü və hər şeyi duymaq və sınamaq qabiliyyəti bəxş edilib. Təfəkkürə qulluq edən bizlər, — hərçənd bəzən bizim sizə öyüd-nəsihət verməyimiz və hökmranlıq etməyimiz təəssüratı yaranır, — biz o qədər də firavan yaşamırıq, həyatımız susuz səhrada xərclənib gedir. Sizlərsə həyatı dolu-dolu yaşayırsınız, sizə barın şirəsini dadmaq nəsib olur, sevgi bağı və füsunkar incəsənət aləmi ixtiyarınıza verilir. Sizin vətəniniz — torpaqdır, bizimkisə — ideyalar aləmi. Siz hər an hisslər dənizində, bizsə havasız məkanda boğulmaq — təhlükəsiylə qarşı-qarşıyayıq. Sən – rəssamsan, mənsə – mütəfəkkir. Sən Müqəddəs ananın köksündə yatırsan, mənsə səhrada sayıq qalmaq məcburiyyətindəyəm. Mənə Günəş, sənəsə Ay və ulduzlar işıq saçır. Sənin arzuların qızlara yönəlib, mənimkisə – gənclərə...
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)