Həmidə Məcidlihas quoted6 years ago
Beləcə, hər şeylə mübarizə aparanda eşitdim ki, başqaları azadlıqdan danışır, bu başlıca haqlarını müdafiə elədikcə də ailələrinin istəklərinə daha artıq boyun əyirlər, həyatlarının geridə qalanını birlikdə keçirməyə söz verdikləri adamlarla evliliklərinə, iqtisadiyyata, saxladıqları pəhrizə, yarımçıq qalmış layihələrə, «Yox», ya da «Qurtardı» deməyi heç cür bacarmadıqları sevgililərinə, heç sevmədikləri adamlarla günorta yeməyi yeməyə məcbur olduqları həftə sonlarına əsir olurlar. Lüksə, lüksün görüntüsünə, lüksün görüntüsünün görüntüsünə kölə olanlar. Özlərinin seçmədiyi, ancaq onlar üçün ən yaxşısının bu olduğuna inandırıldıqları həyatın köləsi olanlar. Bir-birilə eyni günlər və gecələr keçirənlər, «macəra» sözünün, sadəcə, kitablarda yazılan söz, ya da daim açıq qalan televizorda xəyal olduğu günlər və gecələr; nə vaxt da qarşılarında yeni qapı açılsa:
«Maraqlanmıram. Kefim yerində deyil», deyənlər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)