Gulshan Jabihas quoted8 years ago
Başqa daha yaxın bir timsal: hər kəsə bəllidir ki, türk xilqətən, ruhən igid, alıcı bir əsgərdilər. Fransadamı, Türkiyədəmi, Türküstandamı bir kəlmə, nərədə olursa olsun, igid bir əsgərdir. Bəlkə də türk ordusunda bir-iki, beş-on qorxaq bulunur. Fəqət türk ordusu təsvir edilərkən bunlar nümunə götürülməzlər. İstisnalar bir tip olmaz, tiplər heyəti-ümumiyyənin nümayəndəsi olmalıdırlar. İndi bir yazıçı türk ordusundan təsvir etdiyi bir əsgəri qorxaq yaradırsa və Türküstanda türk əsgəri belədir – deyirsə, mən Türküstanı görmədiyim halda onun dediklərini qəbul etməm və kəmali-cəsarət və qeyrətlə: “sən türklüyü anlamayırsan” – söyləyərəm. Çünki igidlik, igid və fədakar bir əsgər olmaq türkün əsas sifəti, xüsusiyyətidir. Sənin yaratdığın hər halda türk deyildir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)