bvadenizhas quoted8 years ago
RƏHBƏR

Ötən əsrin iyirminci illərində Respublika Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Səməd Ağamalıoğlu Kəlbəcərə zəhmətkeşlərlə görüşə gedir. Rayon mərkəzində o, əsasına söykənə- söykənə (o, bir ayağını çəkirmiş) kluba girəndə klubun ağzında dayananlardan biri ona söz atır:
— Bu axsaqdı bizim rəhbərimiz?!
Səməd Ağamalıoğlu ayaq saxlayıb ona cavab verir:
— Sənin kimi axmağın rəhbəri elə mənim kimi axsaq olar!
* * *
Səməd Ağamalıoğlu səhər işə getmək üçün xidməti maşınına minəndə sürücünü qaşqabaqlı görüb ondan soruşur:
— Noolub?
Sürücü cavab verir:
— Ağa, işlər fənadır, deyirlər bu gün Büro iclasında sizi işdən çıxardacaqlar!
Səməd Ağamalıoğlu ona ürək-dirək verir:
— Hər deyilənə fikir vermə, şaiyədir. Məni heç kəs yerimdən tərpədə bilməz!
Günortaya qədər uzanan Büro iclasından çıxan Səməd Ağamalıoğlu suyu süzülə-süzülə sürücünün yanına gəlir.
— Sən o xəbəri hardan eşitmişdin? — sürücüdən soruşur.
Sürücü cavab verir:
— Ağa, səhər bazarda eşitdim.
Səməd Ağamalıoğlu deyir:
— Bala, sür get bazara, öyrən gör mənə hansı işi verəcəklər.
* * *
1920-ci il Aprel çevrilişindən sonra Bakıda Əli Bayramov adına qadınlar klubu açılanda bir nəfər bakılı Azərbaycan Mərkəzi İcraiyyə komitəsinin sədri Səməd Ağamalıoğlunun yanına şikayətə gəlib deyir:
— Ağa, hökümətüvüz neftimizi əlimizdən aldı, dinmədük, vardövlətimizi əlimizdən aldı, dinmədük, indi də arvadlarımızı kluba yığıb namusumuzu əlimizdən almaq istəyirsüz?
Səməd Ağamalıoğlu əsasına söykənib acıqlı-acıqlı ona belə cavab verir:
— Alə, neftüvüz əldən getdi, dinmədüz, var-dövlətüvüz əldən getdi, səsüvüz çıxmadı, namusuvuz basılmasın deyə arvadlarınızı bir yerə yığıb savadlandırmaq istiyirik, buna danışırsuz?!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)