Vusala Mammadovahas quoted7 years ago
«Altunsaç» romam və onun
baş qəhrəmanı barədə

Qurban Səidin 1938-ci ildə qot əlifbası ilə Avstriyada nəşr olunmuş bu əsərinin adı orijinalda „Das Mädchen vom Goldenen Horn“dur (hərfən: «Qızıl Buynuzdan qız»). Əsərin baş qəhrəmanının adı Asiyadehdir (almanca oxunuşu: Aziadeh). Tərcümənin ilk mərhələsində tərcüməçi onu «Qızıl Buynuzdan qız» kimi çevirmişdi, lakin İstanbulun
«Halic» adı ilə tanınan dəniz çevrəsinə Avropada verilmiş «Qızıl Buynuzdan qız» adı azərbaycanlı oxucuya tanış olmadığı üçün və türkcədə işlənən «Halic» (azərbaycanca
«Həlic») də tam anlaşıq yaratmadığına görə əsər «Mərmərəli qız» adı ilə ilkin variantda tərcümə edildi və ondan müəyyən parçalar «Xəzər» və «Tərcüman» dərgilərində elə həmin adda ilk işıq üzü gördü.
Ancaq sonrakı mərhələdə əsərin adının «Altunsaç» kimi çevrilməsinə üstünlük verildi. Buna səbəb romanın italyan dilinə müəllifli tərcüməsində orijinalın adının «Altunsaç» getməsi oldu.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)