Gunduz Memmedovhas quoted8 years ago
Məsələ burasındaydı ki, Jozef dayı və Miranda xala ilə burun-buruna gəl­mək riski məhz bu xəstəxanada xüsusilə böyük idi. Antuanın yumşaq və xoşrəftar xasiyyəti vardı, ancaq onlardan xoşu gəlmirdi; onlardan kimin xoşu gəlirdi ki! Ona görə yox ki, onlarla görüşmək hansısa real təhlükədən xəbər verirdi, yox, sadəcə, onların durmadan şikayət etmək və boş şeydən mərəkə qoparmaq şakəri vardı. Onlarla ünsiyyət saxlayan bir neçə xeyirxah buddist hərbi milisə daxil olmuşdu. Jozef dayı ilə Miranda xalanın xaricə hər bir səfəri diplomatik qalmaqalla müşayiət olunurdu. Onların İsrailə, İsveçrəyə, Niderlanda, Yaponiyaya və Birləşmiş Ştatlara girişi qadağan olunmuşdu. İRA, ETA və Hizbullah xüsusi kommunike ilə çıxış edərək dünya ictimaiyyətini xəbərdar etmişdilər ki, bu iki şəxs onların nəzarət etdiyi ərazilərə ayaq basacaqları təqdirdə dərhal edam olunacaqlar. Müvafiq dövlətlərin rəsmi hakimiyyət orqanları heç bir bəyanat verməmişdilər, belə çıxırdı ki, onlar buna mane olmağa çalışacaqlar. Nüvə silahı yetərincə səmərəli olmayacağı halda, bəlkə də hərbçilər haçansa bu iki şəxsin dağıdıcı potensialından istifadə edəcəklər. Jozef dayı və Miranda xala artıq uzun illər idi ki, xəstəxanada yaşayırdılar, onlar ipoxondriya5 yeni xəstəliklərinin orta­ya çıxmasıyla əlaqədar yalnız şöbələri və mərtəbələri də­yişir­dilər. Onlar urologiyadan allerqologiyaya, angi­lo­giyadan qastreontologiyaya köç edərək, yolüstü oto­la­rinqologiyaya, stomatologiyaya, dermatologiyaya, en­dik­­rinologiyaya da baş çəkirdilər... Beləcə, korpuslara və palatalara xarici ölkələr kimi səyahət edərək, tibbin on­lara, həm də bəşəriyyətə həqiqətən köməyi dəyə biləcək iki sahəsindən – psixiatriya və patanomiyadan məharətlə yayınırdılar
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)