Mən necə idiot oldum, Martin Paj
Kitablar
Martin Paj

Mən necə idiot oldum

Oxu
122 kağız səhifələr
  • 👍14
  • 😄6
  • 🎯4
Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır. Lakin Paj kimi bir yazıçı üçün xüsusilə qiymətli olan yaşıdları, “öz nəsli” arasında uğur qazanmaq idi. Romanı, demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarından birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.
Tənqidçilər Pajı dərhal Volter ənənələrinin davamçısı adlandırmağa başladılar, oxucuları onu “Kandida” və “Mikromeqas” ilə müqayisə etməyə yönləndirdilər. Lakin Pajın mətnləri rasionalizmdən uzaq idi, sosial satira və müsahibələrindən birində “yazmaq üçün bəhanə” adlandırdığı çağdaş dünyanın tənqidilə qətiyyən uyuşmurdular. “Yox, bu mənim üçün, sadəcə, üslub məşqi deyil – Martin Paj özü haqda deyirdi – ancaq mən başa düşdüm ki, bu gün cəmiyyəti tənqid etmək Flober dövründəki kimi təhlükəli deyil. Artıq bu, sadəcə, ədəbi koddur, onu hərfən qəbul etmək lazım deyil”.
Jurnalistin “Bəs sənin üçün kitablarında xüsusilə dəyərli olan nədir” sualına cavab olaraq Paj nə mövzular, nə də personajlar barədə danışdı. O, sadəcə, bir neçə cümlə xatırlatdı. Onların içərisində “Əla gündür, əla” romanından da sitat vardı: “Elə insanlar var ki, heç vaxt boyunlarına yağış düşmür, mən onları heç cür anlaya bilmirəm”.
Təəssürat
Rəfə
  • 👍Tövsiyə edirəm14
  • 😄Əyləncəlidir6
  • 🎯Faydalı kitabdır4
Giriş və ya qeydiyyat
Faduniya
Faduniyatəəssüratları paylaş3 il öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
🎯Faydalı kitabdır

Bu dünyanın bədbəxtliyi ondadır ki, hər kəs özünə görə haqqlıdır . (Jan Renuar)

Elmin Seyfəddinli
Elmin Seyfəddinlitəəssüratları paylaş2 il öncə
🔮Müdrik kitabdır
💡Idraki kitabdır
🎯Faydalı kitabdır

Kitab axıcıdır. Qısa olmağına baxmayaraq düşündürən və aydınladan fikirləri var. Sizi bəzi məsələlər haqqında düşünməyə vadar edəcək. Şəxsən deyə bilərəm ki, mənə bir neçə məsələni anlamaqda kömək etdl.

Elçin Amirov
Elçin Amirovtəəssüratları paylaşkeçən ay
👍Tövsiyə edirəm
🎯Faydalı kitabdır
😄Əyləncəlidir

Müasir dövr bizi axmaqa çevirib. Xoşbəxt olmaqı yanlış yerlərdə axtarırıq. Çox əla bir mövzusu var idi bəyəndim. "Fight Club" - a bənzərliyi var idi

Mir Ismail Ali
Mir Ismail Alisitat gətirir4 il öncə
Ancaq əfsus ki, ağıl ikiqat bədbəxtlikdir: əzab-əziyyət gətirsə də, heç kəs ona naxoşluq kimi baxmır
Sanan Mammadli
Sanan Mammadlisitat gətirir3 il öncə
“Elə insanlar var ki, heç vaxt boyunlarına yağış düşmür, mən onları heç cür anlaya bilmirəm”.
Haciyev İlkin
Haciyev İlkinsitat gətirir4 il öncə
Spirtli içkilərlə bağlı elmi iş yazırsınız?
– Yox, mən... necə deyim... içməyə hazırlaşıram. Ancaq əv­vəlcə onun elmi əsasları ilə tanış olmaq istəyirəm.
Həftənin kitabı, Bookmate
Bookmate
Həftənin kitabı
  • 38
  • 243K
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 537
  • 427
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 348
  • 148
#BakuAfisha рекомендует, BAKU AFISHA
Kitab refi, Kemale Heyderova
Kemale Heyderova
Kitab refi
  • 155
  • 15
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl