Akram Alishovhas quoted4 years ago
onu tamamlamışdır. Həmin qanuna görə, qızlar bir neçə qrupa bölünür: çirkin, orta, gözəl, çox gözəl və olduqca gözəl qızlar. Bir də ki bakirə, yarım bakirə və bakirə olmayan qızlar. Qızın təsnifatını ekspert komitəsi müəyyən edir, sonra hakimiyyət orqanı təsdiq edir. Qiymət bakirə qızlar üçün 125–500 dollar arasında dəyişir, bakirə olmayan qızlar üçün də simvolik olaraq bir neçə sent müəyyən olunur. Bakirə qız üçün ən aşağı qiymət 125 dollardır. Mütəxəssislərin fikrincə, bu məbləğ onunçün lazımdır ki, qız ərə gedənə qədər təhsil alsın, özünə baxsın. Bu məbləğdən artıq nə verilirsə, gözəlliyə görə verilir. Demokratik hökumət əvvəllər yaxşı ailədən olan qıza verilən bonusu ləğv edib. Həmin məbləği hissə-hissə ödəməyə də icazə verilir. Qiymət danışıqlarını oğlanın nümayəndələri aparır, rəsmi evlilik təklifini rədd etmək eşidilməmiş təhqir hesab edilir, amma qızın atası istəsə elə yüksək məbləğdə “başlıq” tələb edər ki, ciddi sosial qınağa səbəb olmadan təklifdən imtina edə bilər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)