Qafqazın on iki sirri, Əsəd Bəy
Kitablar
Əsəd Bəy

Qafqazın on iki sirri

Oxu
279 kağız səhifələr
  • 🎯3
  • 👍3
  • 💡3
Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində – Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər…
Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə də, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini də açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır.
Təəssürat
Rəfə

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

Bookmate – bu, oxumaq istəyəcəyiniz tətbiqdir
  • 🎯Faydalı kitabdır3
  • 👍Tövsiyə edirəm3
  • 💡Idraki kitabdır3
Giriş və ya qeydiyyat
Zaur Mirzayev
Zaur Mirzayevtəəssüratları paylaş2 il öncə
👍Tövsiyə edirəm
💡Idraki kitabdır
🎯Faydalı kitabdır

Çox maraqlıdır.Özüm üçün çox sayda məlumat öyrənmiş oldum.Növbəti kitabı da Qafqaz haqqında oxuyacam.

Lacivərd Məmmədova
Lacivərd Məmmədovatəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
💡Idraki kitabdır
🎯Faydalı kitabdır
🌴Məzuniyyətə

Kitaba xaricilərin verdiyi qiyməti görəndən sonra aşağı qiymətləndirmək qeyri-mümkündür. Romantik damarım tutub, amma "sevgi" bölməsini hamısından çox bəyəndim. Buraların sevgisi, qafqaz kişisinin xanımına hörməti, qayğısı bir ayrıdır. Deyir, qərbli bunu başa düşməz. Heç düşməsin də. Qafqazın igidliyi, cəsurluğu, qanunu- "qafqaz kodeksi" deyək, özünəməxsus incəliyi gözəl təsvir edilib. Bu tip kitabları çox sevirəm. Bizim haqqımızda olan kitabları. Yeganə bəyənmədiyim kitabın çox uzun gəlməsi, ağır oxunması oldu. Kiçik həcminə baxmayaraq, #birnəfəsə oxumaq olmurdu.

👍Tövsiyə edirəm
💡Idraki kitabdır
🎯Faydalı kitabdır

ola düşməzdən qabaq atam mənə qızıldan düzəldilmiş bir Qafqaz xəncəri verdi, dağlarda ondan haçan istifadə etmək lazım olduğunu, ləyaqətli və tərbiyəli adam kimi özümü necə aparmalı olduğumu başa saldı. O özü bu barbar, dağlıq ölkəni yaxşı tanıyırdı, bilirdi ki, oradakı qanunlar, qaydalar bir neft şəhərinin hotellərindəkindən daha mürəkkəbdir.

Kim kime barbar deyir bilmedim ki. Baki -neft vee milyonlar selteneti ele uzun esrler Rus Avropalilardan otru barbar imicinde olub.

Qafqazlı sərvət yığmır: qohum-əqrəbasının sayının çox olması onunçün daha vacibdir. Qan ədavətindən onu heç bir pul qoruya bilməz, heç o özü də qan qisasını ala bilməz. Qafqazlıya pul, yaxud daş-qaş lazım olanda dağlardan düzlərə enir, aran yerlərin qorxaq adamlarını soyur.
Dilin adı isə belədir: çakobsa.
Azərbaycanca kitablar, Nur
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 346
  • 131
Uşaqlıq və yeniyetməlik barədə kitablar, Bookmate
Azərbaycan dilində kitablar, Gulshan Jabi
ümumi, Nurlan Xanlarov
Nurlan Xanlarov
ümumi
  • 96
  • 12
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl