Vusala Mammadovahas quoted8 years ago
üzərində yeganə üstünlüyüm ondan ibarətdir ki, sən mürgülədiyin, bəzənsə hətta yuxuladığın halda mən sayıqlığımı heç vaxt itirmirəm. Sayıqsa o kəsi adlandırıram ki, həmin şəxs özünə, ən mərhəm, kortəbii qüdrətinə, instinktlərinə, zəif nöqtələrinə bələddir və onları idrakın, şüurun gücünə tabe etdirməyi bacarır. Sən bunu öyrənməlisən — görüşümüzün anlamı da elə budur. Qoldmund, səndə ruhla təbiət, şüurla xəy-allar bir-birindən çox uzaq düşüb. Sən öz uşaqlığını unutmusan, o, qəlbinin dərinliklərindən səni haylayır. Bu harayı eşitməyincə o sənə əzab verməkdə davam edəcək. Amma bu haqda bəsdir! Beləcə, sayıqlıqda səndən güclüyəm, bu məqamda səndən üstünəm və elə bu səbəbdən də sənə faydam dəyə bilər. Qalan hər şeydəsə, əzizim, məndən qat-qat üstünsən və sən özünü tapanda bu üstünlük daha da böyük olacaq.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)