Gunduz Memmedovhas quoted8 years ago
Bu, çox qəribə mənzərə idi, hərçənd bunu yırtıcı sarlardan başqa heç kim görmədi. Yerə sərilmiş şalın üstündə dizlərini yerə qoyaraq iki səyyah yan-yana dayanmışdı: pıçıldayan qız uşağı və fədakar, mətin sərsəri. Onun yorğun, arıq üzü və qızın totuq sifəti yuxarı dikilmişdi; hər ikisi buludsuz səmaya baxaraq təkbətək qaldıqları qüdrətli Tanrıya hərarətlə dua edirdi. İki səs – nazik, cingiltili və alçaq, xırıltılı – Ondan mərhəmət və əfv diləyirdi. Dua etdikdən sonra qayanın yaxınlığındakı kölgədə oturdular; qızcığaz öz himayədarının geniş sinəsinə qısılıb yuxuya getdi. O, uzun müddət qızın keşiyini çəkdi, ancaq yorğunluq getdikcə özünü göstərirdi. Üç gün, üç gecə gözlərini yummamış, istirahət etməmişdi. Ağırlaşmış gözləri tədricən yumulmağa başladı, başı isə yavaş-yavaş sinəsinə doğru əyildi. Onun çallaşmış saqqalı qızcığazın qızılı saçlarına toxundu. Hər ikisi yuxu görmədən bərk yatmışdılar
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)