Vusala Mammadovahas quoted8 years ago
Yer üzündəki mövcudluq, görünür, ikilidir, təzadlar üzərində qurulub: ya kişisən, ya qadın, ya avarasan, ya qorxaq şəhərli, ya ağılla yaşayırsan, ya hisslərlə – yer üzündə vəhdət yoxdur, eyni zamanda nəfəs alıb, nəfəs vermirsən, kişi və qadın cinsinə aid olmursan. Azadlıqla intizamı, ruhla instinkti bir arada tutmaq mümkün deyil. Həmişə biri digərinin itkisi bahasına başa gəlir, amma həmişə də biri digəri qədər mühüm və arzuolunandır! Yəqin, qadınlara daha asan olar. Təbiət onları elə yaradıb ki, həzz özlüyündə məhsul verir və sevgi səadətindən uşaq dünyaya gəlir. Kişilərin nəsibisə nəsil vermə qabiliyyəti əvəzinə əbədi darıxma hissidir. Bəlkə, bütün bunları yaradan Tanrı pis niyyətlidir və öz yaratdıqlarını heç özü qəbul etmir, əksinə, onları ələ salır və fəlakətlərinə sevinir? Yox, o, pis ola bilməz – cüyürləri və maralları, balıqları və quşları, meşələri və gülləri, qışı və baharı yaradan qüvvə pis ola bilməz. Amma yaradılan hər şey sanki çat verib. Bəlkə, o, gerçəkdən də, nöqsanlı və uğursuz alınıb, bəlkə, elə insan mövcudluğunun sıxıntısı Allahın hansısa əlahiddə planıdır, bəlkə, elə bu, Düşmənin toxumu, ilkin günahın özüdür? Amma niyə bu sıxıntı və məmnuniyyətsizlik günahdır? Məgər bütün gözəl və müqəddəs olan şeylər məhz bu hissdən yaranıb, minnətdarlıq kimi elə Tanrının özünə qurban verilmirmi?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)