Vusala Mammadovahas quoted7 years ago
TƏMTƏRAQ

Yazıçı Aqşin Babayev Az.TV şirkətində radio üzrə sədr müavini işləyərkən dramaturq dostu Firudin Aşurov ona radioda səsləndirilmək üçün bir pyes gətirir. Bir müddətdən sonra pyesin zəif və radiotamaşa üçün münasib olmadığını görən Aqşin. Babayev çətin vəziyyətə düşür. Pyes işə yaramır, geri qaytarmaq isə müşkül məsələdir, çünki arada dostluq var.
Odur ki, Aqşin Babayev vəziyyəti yumşaltmaqdan ötrü Firudin Aşurovu telefonla redaksiyaya dəvət edir və kabinetdə onun üçün çox təmtəraqlı çay süfrəsi açır.
Firudin Aşurov onun kabinetinə daxil olub təmtəraqlı çay süfrəsini görəndə dostunun xarakterini bildiyindən əllərini dizinə çırpıb deyir:
— Ay dədə vay, pyes radioda getməyəcək. Bu təmtəraq könül almaqdan ötrüdür.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)