Gunduz Memmedovhas quoted8 years ago
Ancaq əfsus ki, ağıl ikiqat bədbəxtlikdir: əzab-əziyyət gətirsə də, heç kəs ona naxoşluq kimi baxmır. Antuanın durumunda əy­yaş olmaq ictimai pilləkənlə yüksəlmək olardı. O, ha­mı­nın anladığı, hörmət etdiyi, hamıya aşkar səbəbləri və sınaqdan çıxarılmış müalicə üsulları olan bir xəstəlik qa­zanardı; ancaq ağlın müalicəsi yoxdur. Əgər fikir mü­şa­hidəçini öz obyektindən labüd məsafə saxlaması nəticəsində cə­miy­yətdən təcrid olmağa aparırsa, əksinə, əyyaşlıq dünyaya yaxınlaşdırır, onda yerdə tapmağa kömək edir. Və ümu­miy­yətlə, cəmiyyətə tam inteqrasiya olunmaq arzusu öz-özünə baş vermirsə, yalnız sərxoş adamda baş qaldıra bilər. Xumar olarkən o, insanların oyunlarına skeptik münasibəti itirib, sərbəst şəkildə onlara qoşula bilər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)