Deyl Karneqi

    Sema M-vasitat gətirir10 ay öncə
    mən başa düşdüm ki, söz güləşdirmək, ən azı, axmaqlıqdır. Başa düşdüm ki, Tan­rının zəkanı hamı arasında bərabər bölüşdürməyi lazım bilmədiyi ilə əlaqədar narahat olmaqdansa, öz məhdudluğumun adlanması ilə bağlı na­ra­hat olmaq lazımdır”.
    Sema M-vasitat gətirir10 ay öncə
    Şəxsən mən özüm qay­mağın içində böyürtkəni çox sevirəm, ancaq aşkar etdim ki, balıqlar hansısa müəmmalı səbəbdən soxulcana üstünlük verir. Buna görə də mən balıq tutanda özümün yox, balığın nəyi sevdiyi barədə fikirləşirəm və qarmağa qaymağa batırılmış böyürtkən yox, soxulcan, yaxud cırcırama taxıb deyirəm:
    Ирина Осипенкоsitat gətirirkeçən il
    Diktator yalnız o generallar olur ki, onlar uğura nail olurlar.
    Ирина Осипенкоsitat gətirirkeçən il
    Mən sizdən indi nəyə nail olmaq istəyirəmsə – bu, onun naminə hətta diktatorluğun mümkünlüyü ilə də risk edilən hərbi qələbədir.
    Ирина Осипенкоsitat gətirirkeçən il
    Mən sizə bunu adlayıb keçməyə öz imkan­larım çatan qədər kömək edəcəyəm.
    Ирина Осипенкоsitat gətirirkeçən il
    Nə siz, nə Napoleon, əgər o dirilsəydi, belə bir ruhun hökm sürdüyü ordu ilə heç nəyə nail ola bilməz və elə ona görə də indi başısoyuqluqdan qor­xun. Başısoyuqluqdan qorxun, lakin enerji ilə və yuxusuz sayıqlıqla irəli gedin, bizə qələbə gətirin”.
    b7269870870sitat gətirir2 il öncə
    Danışmaq qabiliyyəti. Bu, məşhurlaşmaq üçün ən qısa yoldur. Bu, adamı ictimai həyatın ön səhnəsinə çıxarır, ona öz qüvvəsinə əminlik hissi gətirir və kütlə üzərinə qaldırır. Ürəyəyatımlı nitq üslubu olan kəs, bir qayda olaraq, özünün gerçək qabiliyyətlərini əhəmiyyətli surətdə üstələyən etimad və nüfuza sahib olur.
    b7269870870sitat gətirir2 il öncə
    Xanım Linkoln və başqaları cənubluları sərt mühakimə edəndə Linkoln cavab verirdi: “Onları mühakimə etməyin, o cür şəraitdə biz də ey­nilə onlar kimi olardıq”.
    b7269870870sitat gətirir2 il öncə
    “Malik olduğum ən dəyərli keyfiyyətin insanlarda entuziazm doğur­maq bacarığının olduğunu hesab edirəm, – deyirdi Şvab, – və zənn edi­rəm ki, insanda olan ən yaxşını inkişaf etdirməyə kömək edən üsul – bu, onun dəyərli olduğunun etiraf olunması və mükafatlandırılmasıdır.
    b7269870870sitat gətirir2 il öncə
    İndi işə təbəssümlə yollanıram, liftin qapısındakı oğlanı və qapının ağ­zındakı şveysarı xeyirli səhər arzuları ilə salamlayıram. Bilet alanda kas­sirə gülümsəyirəm. Fond birjasının qübbəsi altında o adamlara gülümsə­yirəm ki, onlar bu yaxınlara qədər mənim sifətimdə təbəssüm görməmiş­dilər. Tezliklə müşahidə etdim ki, hamı cavab olaraq mənə gülümsəməyə başlayıb. Mənim yanıma şikayət və iradlarla bağlı gələnlərə şən və həvəs­ləndirici münasibət göstərməyə başladım. Onları dinləyib gülümsəyirəm və görürəm ki, kon­fliktləri yoluna qoymaq qat-qat asanlaşıbdır. Mən bu qə­naətə gəlmişəm ki, təbəssümlər mənə dollar gətirir, hər gün çoxlu dol­lar.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl