az

Ştefan Svayq

Stefan Sveyq — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist. 1881-ci ildə Vyanada doğulub, atası yəhudi əsilli varlı bir fabrikant olub. Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ı, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İlgiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin asərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir.
həyatı: 28 noyabr 1881 23 fevral 1942

Kitablar

Sitatlar

M.S.sitat gətirirkeçən il
Kölgə ilə işığın bir-birilə gizlənqaç oynaması qadının öz hisslərilə oynaması, onları gah bütün çılpaqlığı ilə göstərməsi, gah da gizlətməsi kimi sirli-soraqlı, cazibədar idi.
M.S.sitat gətirir23 gün öncə
Bütün millətlərin, irqlərin həsrətində olduqları müqəddəs yerlərə səlib yürüşləri başlanır.
M.S.sitat gətirir23 gün öncə
Üslubu aydın və konkretdir, faktlara əsaslanır, raport kimi rəsmidir. Tatsit latınca necə yazıbsa, o da ingiliscə elə yazır: sanki kələ-kötür daşın üstünə həkk eləyir. Hiss olunur ki, xəyalpərvər deyil, əksinə, fanatikcəsinə realistdir, deməli, əsl ingilis irqinə mənsubdur. Elə bir irqə ki, hətta onun dahiləri də vəzifə borcunun daşlaşmış çərçivəsindən kənara çıxmır. İngilislərin tarixində yüzlərlə belə Skott olub: biri Hindistanı, Arxipelaqın naməlum adalarını işğal edib, biri Afrikanı müstəmləkə halına ­salıb, bütün dünya ilə döyüşüb və həmişə də eyni yüksək enerjilə, eyni kollektiv şüurla mübarizə aparıblar, sifətləri də həmişə donuq, ifadəsiz olub.

Təəssüratlar

Turkan Velibeylitəəssüratları paylaş2 ay öncə
👍Tövsiyə edirəm

Super

  • Ştefan Svayq
    Mariya Antuanet
    • 328
    • 286
    • 10
    • 17
    Kitablar
  • M.S.təəssüratları paylaş23 gün öncə
    🔮Müdrik kitabdır
    👍Tövsiyə edirəm

    Stefan Svayq həmişəki kimi yaratdığı personajların psixologiyasının detallarını incəliklə çatdırıb. Hər bir əsərin özünəməxsus gizli və incə məqamları var.

  • Ştefan Svayq
    Novellalar və tarixi miniatürlər
    • 234
    • 14
    • 8
    • 12
    Kitablar
  • b5152840016təəssüratları paylaş3 ay öncə
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır
    🌴Məzuniyyətə

    Salam 🌹çox gözəl kitabdır.👌Faydalı kitabdır.🤍🖤 ƏLA❤️🌹

  • Ştefan Svayq
    Novellalar və tarixi miniatürlər
    • 234
    • 14
    • 8
    • 12
    Kitablar
  • fb2epub
    Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl