az

Platon

  • osipovamvhas quoted2 years ago
    Afinalılar! Mənim yaşımdakı adama bu cavanlar kimi cəzbedici cümlələr qurmaq yaraşmaz. Buna görə də sizdən bir xahişim var: Özümü müdafiə edərkən adətim üzrə, yəni məni həmişə dinlədiyiniz yerlərdə – aqorada, sərraf dəzgahlarının önündə – dediyim sözlərdən istifadə etdiyimi görsəniz, xahiş edirəm, heyrətlənib sözümü kəsməyin; çünki 70 yaşını adlamış biri olaraq ilk dəfə hakim hüzuruna çıxdığımdan burada eşitdiyiniz, öyrəşdiyiniz dilə tamamilə yadam. Məni afinalı deyil, yad bir insan kimi görməyinizi sizdən xahiş edirəm. Buna görədə “yad dildə danışır” deyə, ən azından məni məsxərəyə qoymayacağınızı düşünürəm. Bu arzumu yersiz hesab etməyəcəyinizə ümid edirəm. Sizdən nitqimin gözəl və ya çirkin olmasına deyil, doğruluğuna diqqət etməyinizi istəyirəm. Onsuz da müdafiənin məqsədi həqiqəti ifadə etmək, məhkəmənin məqsədi isə ədalətli qərar verməkdən ibarətdir.
  • osipovamvhas quoted2 years ago
    Anytos, Meletos və Lykon Sokratı “dinsiz, gənclərin əxlaqını pozan, Afina tanrılarına inanmayan, dövlətin qəbul etdiyi tanrıları yox hesab edərək, yeni tanrılardan danışdığı üçün”
  • osipovamvhas quoted2 years ago
    Sizə inanacağınız bir şahid göstərəcəyəm. Mənim müdrik olub-olmadığımı söyləyəcək yeganə şahidim Apollondur!5
  • osipovamvhas quoted2 years ago
    dünyada məndən müdrik birinin olub-olmamasını Apollondan soruşub. Məbəddəki kahin qadın Apollonun adından danışaraq belə birisinin olmadığını deyib. Xairefon hal-hazırda həyatda deyil, amma qardaşı bu dediklərimin doğru olduğuna şahiddir.

    Bunları sizə pis şöhrətimin hardan qaynaqlandığını izah etmək üçün danışıram. Apollonun bu sözlərini eşitdikdən sonra özümə belə bir sual verdim: “Görəsən, Apollon nə demək istəyib? Məndə belə bir müdriklik olmadığına görə bu nə məna verir?”

    Axı Apollon əsla yalan danışmaz, çünki ona bu haqq verilməyib. Nəticədə çox çətin də olsa, bu məsələnin həlli yolunu tapdım: məndən daha müdrik birisini tapacaq və onu Apollona aparıb söylədiklərinin yanlışlığını isbat edəcəkdim. Nəhayət – adını çəkməyə gərək yoxdur – xalq arasında müdrik olaraq tanınan bir siyasətçi tapdım. Onunla danışarkən anladım ki, bu adam həm xalq, həm də özü tərəfindən müdrik zənn edilməsinə baxmayaraq, heç də elə deyilmiş. Həmin adama özünün zənn etdiyi kimi heç də müdrik olmadığını izah etməyə çalışdım. Nəticədə həm onun, həm də tərəfdarlarının nifrətini qazandım. Ordan ayrılarkən öz-özümə düşündüm: “Mən bu adamdan daha müdrikəm; çünki hər ikimiz gözəl və yaxşı şeylər bilmirik, ancaq mən bilmədiyimi bilirəm, o isə heç bir şey bilmədiyinin fərqində belə deyil”. Həmin adamdan sonra daha bilgili başqa birini tapdım. Lakin nəticə yenə eyni oldu və hər səfər bir çox insanı özümə düşmən etdim.
  • Turkan Velibeylihas quoted2 years ago
    Sokrat barədə Nitşe yaşayan bir ağıl olaraq deyil, mütləq bir ağıl olaraq ölməyi seçdiyi üçün “canavar”, Kant “ideal insan”, Hegel isə “bəşəriyyətin qəhrəmanı və həqiqi bir filosof” ifadələrini işlətmişlər
  • Turkan Velibeylihas quoted2 years ago
    ilmədiyimiz bir şeyi bildiyimizi zənn etmək utanılacaq bir cahillik deyilmidir?
  • Turkan Velibeylihas quoted2 years ago
    Bilmədiyimiz bir şeyi bildiyimizi zənn etmək utanılacaq bir cahillik deyilmidir
  • Turkan Velibeylihas quoted2 years ago
    Ən qorxduğum şey pis olduqlarından əmin olduql
  • Turkan Velibeylihas quoted2 years ago
    Ən qorxduğum şey pis olduqlarından əmin olduqlarım deyil, yaxşı olanlara qarşı duyduğum şübhələrdir
  • Turkan Velibeylihas quoted2 years ago
    fəzilətin pulla satın alınmadığını, amma pulun da, insanın da, yaxşılığın da fəzilətlə əldə edildiyini
fb2epub
Drag & drop your files (not more than 5 at once)