— Uinston, bir insan başqası üzərində hakimiyyətini necə təmin edir?
Uinston fikrə getdi.
— Ona əzab verməklə, — dedi.
— Doğrudur! Ona əzab verməklə. Sadəcə itaət yetərli deyil. Əgər bir insan əzab çəkmirsə, özünün deyil, sizin iradənizi yerinə yetirdiyinə necə əmin ola bilərsiniz? Hakimiyyətin mahiyyəti əzab vermək və alçaltmaqdadır. İnsanların şüurunu parçalayıb dağıtmaqda və onları təzədən özünün istədiyi kimi yapışdırıb düzəltməkdədir.