İyul-dekabr. Rəssam dostu Spartlinqlə birlikdə Avropa səyahətinə çıxan yazıçı əvvəlcə yük gəmisində Yeni Orleandan İtaliyaya gəlir, sonra İsveçrəni, Fransanı və İngiltərəni gəzir; avqustdan etibarən Parisdə məskunlaşır, Birinci Dünya müharibəsinin xatirəsi olan döyüş yerlərinə baş çəkir, Ceyms Coysun «tamaşasına» gedir, başa çatdırmadığı «Elmer» romanı üzərində işləyir.